IQNA

Mərakeşdə məscidlərin ən yaxşı memarları mükafatlandırılıb

11:37 - October 21, 2022
Xəbər sayı: 3493121
Mərakeşdə bu ölkənin Vəqflər Nazirliyi tərəfindən “Məscid günü” adlanan mərasimdə ən yaxşı mühəndisləri, dizaynerləri və memarları mükafatlandırılıb.

"İQNA", "Anadolu"-ya istinadən xəbər verir ki, Mərakeşin paytaxtı Rabatda Milli Məscidlər Günü ilə bağlı mərasim keçirilib. Mərakeşin Vəqflər Naziri Əhməd Əl-Tövfiq bu mərasimdə ölkəsinin hər il 200 məscid tikməsinə ehtiyac olduğunu bildirdi.

Əl-Tövfiq əlavə edib ki, məscidlərin artırılması əhalinin artımı (təxminən 37 milyon nəfər) və şəhər inkişafı ilə sinxronlaşmaq məqsədi daşıyır. Bu nazirlik yaxın 5 ildə 80 məscid tikməyə istəyir.

Mərakeşin Vəqf Naziri, sosial ehtiyacları ödəmək üçün 1000 məscid tikmək üçün xeyriyyəçilərin köməyindən istifadə edilməsinə toxunaraq vurğuladı: "Hazırda 2221 məscid bağlanıb, onlardan 723 məscidin fəaliyyətinin bərpası, onlarla məscidin fəaliyyətinə icazənin alınması prosesi gedir".

Əl-Tövfiqin sözlərinə görə, hazırda Mərakeşdə 51 min məscid var ki, onların da 72%-i Sahara bölgəsində yerləşir. Bu mərasim “Məhəmməd Sades” mərkəzində məscidlərin imamlarının iştirakı ilə keçirilib.

Mərakeş kralının 2007-ci ildən məscidlərlə bağlı qayğısına görə Peyğəmbərin (s) mövlud günü Məscidlər Günü adlandırılıb və bu ölkədə hər il bu münasibətlə bayram keçirilir. Bu mərasimdə bu ölkədə məscidlərin ən yaxşı mühəndisləri, dizaynerləri və memarları təqdir olunub.

4092975

captcha