IQNA

İran və Malayziya Quran əməkdaşlığını gücləndirmək üçün yüksək imkanlara malikdirlər

17:25 - October 22, 2022
Xəbər sayı: 3493127
Malayziyanın İkim İnstitutunun direktoru İranı Quran fəaliyyətləri sahəsində mühüm İslam ölkələrindən biri hesab edib. Bu sahədə ikitərəfli əməkdaşlığın imkanlarının çox geniş olduğunu bildirib.

"İQNA", xəbər verir ki, Malayziyanın İslami Anlaşma İnstitutunun (İKİM) direktoru Məhəmməd Əzəm Məhəmməd Adil "İQNA"-nın Malayziyaya göndərilmiş müxbirinə müsahibəsində deyib: "(İKİM) "İQNA"-nın Malayziya müxbirinə verdiyi müsahibədə deyib: "İKİM" Malayziya hökuməti tərəfindən yaradılmış İslami düşüncə mərkəzidir. Bu təşkilatda müxtəlif fəaliyyətlərimiz var. Bu təşkilatda akademik mövzular bütün aspektlərdən ekspertlər tərəfindən müzakirə edilir və nəzərdən keçirilir".

O əlavə edib ki, “Radio İkim” adlı radiomuz var. Müxtəlif verilişlər yayımlayırıq. Bu radio gündə beş dəfə dini verilişlər yayımlayır. Proqramlarımız bahasa, ingilis və mandarin dillərinə tərcümə edilir və yayımlanır. Tezliklə bir neçə başqa dildə də proqramlarımız olacaq.

O, Malayziyada Quran fəaliyyətlərinin keyfiyyəti haqqında dedi: "Malayziyada keçirilən 62-ci Beynəlxalq Quran Müsabiqəsi bu ölkə xalqının Quran qiraətinə marağının artmasına səbəb olur. Bildiyiniz kimi, Malayziyada biz Quran tilavətinə “Quran tərənnümü” deyirik və bu sahənin çoxlu həvəskarları var".

Məhəmməd Adil davam etdi: "Quran maarifi ilə maraqlanan bəzi insanlar Quranı əzbərləməkdə fəaldırlar. Malayziyada Quran əzbərinə həvəs elədir ki, bizim özəl Quran hifzi məktəblərimiz var".

O, sözünə belə davam etdi ki, Quran maarifinin yayılmasında Quran oxumaq və əzbərləmək çox əhəmiyyətli olsa da, məncə, Quran ayələri üzərində düşünmək çox vacibdir. Çünki düşünərək Quranın nə dediyini və əsl mesajının nə olduğunu öyrənə bilərik.

Məhəmməd Adil Malayziya ilə digər İslam ölkələri, xüsusilə də İran arasında Quran əməkdaşlığı haqqında deyib: "Bu, 62-ci Malayziya beynəlxalq müsabiqəsidir. Düşünürəm ki, bu kimi tədbirlər İrandan burada olan iştirakçıların digər ölkələrin, xüsusən də Malayziyanın Quran fəalları ilə əlaqəsini dərinləşdirir".

O, davam etdi: "Mən hesab edirəm ki, İran mühüm müsəlman ölkəsidir. Hətta Malayziyanın Quran yarışlarında qəhrəmanlığa da yüksəlib. Malayziya və İran gələcəkdə Quran əməkdaşlığını gücləndirmək üçün yüksək imkanlara malikdir".

4093318

captcha