IQNA

Hindistanın Karnataka əyalətində məscidlərin səsgücləndiricilərindən azan verilməsinə icazə verilib

11:01 - October 23, 2022
Xəbər sayı: 3493130
Hindistanın Karnataka əyalətinin hökuməti 17 min 800 ibadət yerində, o cümlədən 11 min məsciddə xüsusi şərtlərlə səsgücləndiricilərdən istifadəyə icazə verib.

"İQNA", "Ümid"-ə istinadən xəbər verir ki, Hindistanın Karnataka əyalətində 11 min məscid, 3 min hindu məbədi və 1400 kilsə səsgücləndiricilərdən istifadə etmək üçün icazə alıb.

Əyalətin polis idarəsi dövlətin təlimatlarına uyğun olaraq bu ibadət yerlərinə müvafiq lisenziya verib.

Səsgücləndiricilərdən istifadə etmək üçün məscid, məbəd və kilsələrdən ümumilikdə 17850 müraciət bu idarəyə göndərilib. Lisenziya iki il müddətinə verilib və əyalət hökuməti bu ibadət yerlərinin hər birindən rüsum olaraq 450 rupi toplayıb.

BJP-nin rəhbərlik etdiyi əyalət hökuməti hindu fəallarının Ali Məhkəmənin qərarlarını pozaraq səsgücləndiricilərdən istifadə edərək əyalətdə məscidlərə qarşı iğtişaşlar yaratmağa cəhd etdikdən sonra lisenziyanın verilməsinə qərar verib. Hindu təşkilatları azan səsinin eşidilməsinə mane olmaq üçün səhər saat 5-dən etibarən səsgücləndiricilərdə hindu tanrılarının və ilahələrinin ilahilərini səsləndirməyə çağırış etmişdilər.

4093667

captcha