IQNA

Afrikada tarlada kənd uşağı Quran oxuyub

19:55 - October 23, 2022
Xəbər sayı: 3493132
Afrika ölkələrindən birində kənd uşağının Quran oxumasını əks etdirən klip sosial şəbəkələrdə istifadəçilər tərəfindən bəyənilib.

"İQNA", "Təvasul"-ə istinadən xəbər verir ki, bu yaxınlarda sosial şəbəkələrdə yayılan klipdə afrikalı uşaq əkin sahəsinin ortasında atasının yanında Qurani-Kərimdən ayələri oxuyur. Bu qiraət istifadəçilərin heyranlığına və heyrətinə səbəb olub.

Bu videoda bir azyaşlı uşaq Afrika ölkəsində tarlaların ortasında atasının yanında stulda oturur. Uşaq heyrətamiz bir səslə Allahın kitabından ayələri oxuyur.

Bu uşaq onu sosial şəbəkədə görən hər kəsi səsi ilə təəccübləndirib. Bəzilərinə görə onun səsi insanın ürəyini titrədir. İstifadəçilər onun daha çox klipinin yayılmasını istəyiblər.

4093761

captcha