IQNA

Misirdə Quranı əzbərləyən tələbələr möhtəşəm şəkildə təqdir olunub

12:06 - October 27, 2022
Xəbər sayı: 3493151
Misirin kəndlərindən birində Quran və Quran fəaliyyətləri ilə maraqlanan insanların böyük iştirakı ilə yüzlərlə Quran hafizi tələbənin şərəfinə möhtəşəm şənlik mərasimi keçirilib.

"İQNA", "Sədyul-Bələd"-ə istinadən xəbər verir ki, Misirdə sosial şəbəkə istifadəçiləri Əl-Giza əyalətinin (Misirin şimalı) Əl-Səfa şəhərində Allahın kitabını əzbərləyən bir sıra insanların möhtəşəm buraxılış mərasimindən foto və videolar paylaşıblar.

Bu mərasim Qamazə Əl-Kübari kəndindəki Əl-İmam Quran Hifzi Gənclər Mərkəzi tərəfindən şən və həyəcanlı şəkildə keçirildi. Orada 481 qadın və kişi Quran hafizi Əl-Əzhər alimlərindən ibarət nümayəndə heyətinin iştirakı ilə təqdir olunub.

Builki şənlikdən yayımlanan səhnələr misilziz olub.

4094380

captcha