IQNA

Mançester İslam Mərkəzinə ziyan dəyib

12:27 - October 28, 2022
Xəbər sayı: 3493155
Mançester İslam Mərkəzi son bir ayda ikinci dəfə naməlum vandalların hədəfinə çevrilib.

"İQNA", "ITV"-ə istinadən xəbər verir ki, cümə axşamı səhər Mançester polisinə naməlum şəxslər tərəfindən bu şəhərin İslam mərkəzinə ziyan vurulması barədə məlumat daxil olub.

Hadisə yerinə gələn əməkdaşlar və ilkin araşdırma zamanı müəyyən edilib ki, kiçik qrup obyektə sprey boya ilə ziyan vurub.

Polis müfəttişlərindən biri dedi: "Hesab edirik ki, bu hadisənin siyasi motivi var və İranla bağlı hadisələrlə bağlıdır. Hazırda bir neçə qrup hadisə ilə bağlı araşdırma aparır".

O əlavə etdi: "Son həftələrdə yerli xalqa xatircəmlik vermmək üçün müsbət tədbirlər görülüb. Biz insanların özlərini təhlükəsiz hiss etmələri üçün patrullarımızı davam etdirəcəyik. Böyük Mançester polisi bu vandalizm aktlarına dözməyəcək. Bu hadisə ilə bağlı məlumatı olanların bizimlə əlaqə saxlamasını xahiş edirəm".

4094937

captcha