IQNA

Hindistanda müsəlmanlar Quranın yandırılmasına etiraz ediblər

7:34 - November 05, 2022
Xəbər sayı: 3493201
Uttar-Pradeş əyalətinin “Şahcahanpur” şəhərindəki məsciddə Qurani-Kərimin yandırılmış nüsxəsinin tapılmasının elan edilməsindən sonra bu əyalətin müsəlmanları etiraz aksiyası keçiriblər. Hindistan polisi bu hadisənin səbəbkarları ilə bağlı araşdırmalara başlayıb.

"İQNA", "Siyasət"-ə istinadən xəbər verir ki, Noyabrın 2-də Hindistanın Uttar Pradeş əyalətinin Şahcahanpur şəhərindəki məsciddə Qurani-Kərimin yandırılmış nüsxəsi tapılıb. Bundan sonra bu şəhərin müsəlmanları küçələrə çıxaraq etiraz ediblər.

Hadisə yerinə yüksək rütbəli polis əməkdaşları gəlib. Bu şəhərin polis məmurlarından biri olan Anand deyib: "Məsələ ilə bağlı polisə məlumat verildikdən və ərazidəki kameraların görüntülərinə baxıldıqdan dərhal sonra naməlum şəxslər barəsində şikayət qeydə alınıb".

O, bildirib ki, cinayətkarların tezliklə tutularaq barələrində ciddi tədbirlərin görülməsi üçün zəruri addımlar atılıb.

4096643

captcha