IQNA

Təfsir və müfəssirlərin tanıtdırılması / 6

Hərtərəfli, lakin tamamlanmayan bir təfsir

21:04 - November 13, 2022
Xəbər sayı: 3493256
Seyyid Mustafa Xomeyni bir dahi idi. O, “Miftahu Əhsənil-Xəzainil-İlahiyyə” adlı təfsirində 5 cilddə "Həmd" surəsini və "Bəqərə" surəsinin ilk ayələrini təfsir etdi.

Qurani-Kərimin bütün ayələrinin təfsirinin yazılması çox vaxt aparan bir araşdırmadır. Müəllifin ömrünün uzun illərini ala bilər. Bu səbəbdən təfsir etməyə cəhd edən təfsirçilər var idi. Lakin onların ömürləri təfsiri tamamlamağa kifayət etməmişdir. (Təfsirçi, fəqih və İran İslam Cümhuriyyətinin banisi) Ruhullah Xomeyninin (rəh) oğlu Seyyid Mustafa Xomeyni Qurani-Kərimə yarımçıq təfsir yazan şəxsiyyətlər arasındadır. Seyyid Mustafa Xomeyni elm və təhsil baxımından bir dahi idi. O, “Miftahu Əhsənil-Xəzainil-İlahiyyə” və “Təfsirül-Quranil-Kərim” kimi tanınan təfsirində "Həmd" surəsini və “Bəqərə” surəsinin ilk ayələrini izah etmək imkanı əldə etmişdir.

İmam Xomeyninin böyük oğlu Seyyid Mustafa Xomeyni (1930-1977) şiə müctəhidi və İran İslam İnqilabının müqavimətçilərindən idi. O, İmam Xomeyni, Ayətullah Brucerdi, Seyyid Məhəmməd Mühəqqiq Damad, Seyyid Məhəmməd Höccət Kuh Komreyi və Ayətullah Xoi kimi böyük ustadrlarla elmi dərəcələr əldə etmiş və 27 yaşında ictihad dərəcəsinə çatmışdır.

O, İslam hökuməti ideyasını əməldə reallaşdırmağa çalışmışdır. Bu məzmunda “Əl-İslam vəl-Hükumə” (İslam və hökumət) risaləsini yazmışdır. Üsul və fiqh öyrənməklə yanaşı, fəlsəfə, hikmət, kəlam, irfan, astronomiya, tarix və təfsir də öyrənmişdir. Seyyid Mustafanın elmi xüsusiyyətlərindən biri də onun İslam elmləri sahəsində tənqidi baxışı və ruhiyyəsi idi.

Seyyid Mustafa Xomeyninin sinif yoldaşlarından olan Seyyid Məhəmməd Musəvi Bocnurdi hesab edir ki, bu təfsir tamamlansaydı, şiə dünyasında bənzəri olmayan bir əsər olardı. Bu əsəri digər təfsirlərdən fərqləndirən bəlkə də ən mühüm xüsusiyyət onun hərtərəfli olmasıdır. Atası kimi elmi cəhətdən hərtərəfli olan Seyyid Mustafa Xomeyni də təfsirini eyni əhatəli yanaşma ilə qələmə almışdır. Hər bir ayəni müxtəlif elm rakursundan tədqiq etmişdir.

Müəllif müxtəlif elmlərdə sübut olunmuş qaydalardan istifadə edərək Quran ayələrinə müraciət etmiş və onları şərh etmişdir. Müəllifin müxtəlif elmlərə yiyələnməsi, ayələrlə elmlər arasında əlaqə yaratmaq bacarığı özünü büruzə verir. Bu təfsirdə “Həmd” surəsinin təfsiri və “Bəqərə” surəsinin 46 ayəsi beş cilddə nəşr edilmişdir.

Müəllif ayələrin təfsirində fəlsəfi və teoloji mövzulardan, ümumiyyətlə, əqli mövzulardan bəhs etsə də, eyni zamanda hər bir ayə ilə bağlı rəvayətləri qeyd etmiş və bəzilərini izah etmişdir.

Təfsir alimlərinin fikrincə, Seyyid Mustafa Xomeyninin bu təfsirdə ictihad metodundan istifadə etmişdir. tədqiqat və ictihad Quranın təfsirində müəllifin əsaslarından biridir. O, təfsir sahəsinə də fiqh və üsulda hərəkət etdiyi ictihadın eyni həlledici gücü ilə daxil olmuşdur.

O, bütün təfsirlərində mütləq ictihadı qəbul etmişdir. Bu səbəbdən də nə vaxt araşdırmaya zidd bir məqalə məşhurlaşsa, onu tənqid edir və müəyyən səbəblərlə məsələyə aydınlıq gətirir.

Məlum olduğu kimi, “şükür” və “həmd” kəlmələrin mənalarının özəl və məşhur təfsirlərdə eynidir. Lakin o, bu məsələni “qəribə” adlandıraraq müxtəlif yönlərdən araşdırır.

captcha