IQNA

Təfsir və müfəssirlərin tanıtdırılması / 11

"Min hudəl-Quran" təfsiri Quranın ictimai və tərbiyəvi təfsiridir

16:47 - December 14, 2022
Xəbər sayı: 3493418
İraqın mərcəi-təqlid və alimlərindən olan Ayətullah Seyyid Məhəmməd Təqi Müdərrisinin "Min hudəl-Quran" təfsiri Qurani-Kərimin on səkkiz cilddə toplanmış, çağdaş təfsirlərindən biridir. O, Quranın bütün ayələrini sosial və tərbiyəvi bir yanaşma ilə müzakirə edir.

Seyyid Məhəmməd Kazim Hüseyni Xorasani Müdərris Hairinin oğlu Ayətullah Məhəmməd Təqi Müdərrisi, miladi 1945-ci ildə anadan olub. O, müqəddəs Kərbəla şəhərində alim və fəqih ailəsində dünyaya göz açan müasir şiə mütəfəkkiri, tədqiqatçısı və yazıçılarından biridir. Uşaqlıq illərindən sonra dini elmləri öyrənmiş və böyük alimlərin hüzurundan bəhrələnmişdir. Ancaq dini elmlərlə məhdudlaşmamış, digər elmləri də öyrənmişdir.

Bu təfsirçinin humanitar elmlər, fəlsəfə, irfan və Qərb mədəniyyətinin tənqidi sahəsində fikir və mülahizələri var. Onun bir çox araşdırma və məqalələri İraqın ərəb jurnallarında, İran və Livanda dərc olunub. O, Elmi hövzələrin məşhur ustadlarından biridir. Günün tələblərinə uyğun olaraq yeni təşkilatlanma və planlaşdırma yolu ilə elmi hövzələrdə islahatların aparılması istiqamətində addımlar atmışdır.

Onun xüsusiyyətlərindən biri də vaxtaşırı çıxışları olub. Müxtəlif məqamlarda insanlara müraciət edib, onların vəzifələrindən xəbərdar olmasını, onların güclü və zəif tərəflərini göstərməsidir.

O, həmçinin zaman-zaman baş verən mühüm hadisələr haqqında danışır, müxtəlif qrupların həmin hadisə ilə bağlı vəzifələrini müəyyənləşdirir. Bütün qeyd olunan hallarla yanaşı, onun geniş elmi yazı və araşdırmaları var. Hər şeydən əvvəl "Min hudəl-Quran" təfsiri və  Ayətullah Müdərrisinin maarifləndirici kitabçaları müxtəlif ictimai və elmi qrupların diqqətini cəlb etmişdir.

Təfsirin xüsusiyyətləri

Mətləbləri təqdim etmək və təfsirə daxil olmaq metodu budur ki, əvvəlcə bir neçə ayə zikr edir. Sonra həmin məcmuənin ümumi mesajlarını qeyd etdikdən sonra ayələrin cümlələrini hissə-hissə izah edir. Ayələrin hər bir hissəsi bir mövzuya aid edilir və başlıq verilir. Müəllif təfsirdə düşünülmüş və rasional aspektlərə əsaslanmış və uzaq deyimlərə, qeyri-mümkün və qeyri-maddi ehtimallardan istifadə etməmiş və ya onlara daha az diqqət yetirmişdir.

Bu təfsir ilahi ayələrdən istifadə etməklə sosial və tərbiyəvi həqiqətləri əlaqələndirir. Bu əsərin Qurani-Kərimin təfsirindəki metodu və ayələrdəki təfəkkürü diqqət çəkir. Eyni metodla sosial vəziyyətlə necə qarşılıqlı əlaqədə olmağı təhlil edir. Müəllif bu təfsirdə həm də islami hərəkat şərtlərinin tələb etmədiyi mürəkkəb məsələləri bəyan etməkdən uzaqlaşmağa çalışmışdır. Bu məqam bu təfsirə özəl bir xüsusiyyət verir ki, bu da onu digər təfsirlərdən fərqləndirir.

Ümumiyyətlə, bu təfsirin imtiyazları haqqında demək olar ki, onun yazılmasında xüsusi və yenilikçi bir metod görmək olar. Mətləbləri çox sadə və eyni zamanda xoş, mütəşəkkil və nizam-intizamlıdır. Onun ərəb dili səlis, müasir və bütün ərəb alimləri üçün başa düşüləndir. Həmçinin başqalarının təfsirlərinin təkrarlanmamasına çalışılmış və başqa təfsirçilərin fikirlərini ifadə etməmişdir. Təfsirçinin Quranın tərbiyəvi cəhətlərini ifadə edərkən psixoloji təhlil üsulundan istifadə etməsi bu təfsirin başqa bir xüsusiyyətidir. Digər bir məqam da budur ki, müəllif Quran ayələri ilə mövcud reallıq və müasir İslam ümmətinin mədəni, ictimai və siyasi vəziyyəti arasında möhkəm əlaqə yaratmağa çalışır. İnsanın öz əməlinə görə məsuliyyət daşıdığını vurğulayır və öz məsuliyyətini qəbul etməyə çağırır.

Qeyd edildiyi kimi, bu təfsir ayələrin mənalarının izahına, onun uca məqsəd və məramlarının ifadəsinə və cəmiyyətin dərdlərinin uğurlu və faydalı müalicəsinə əsaslanır. Bu təfsirdəki mətləblər kateqoriyalar üzrə təqdim olunub və ənənəvi təfsirlərin texniki və akademik müzakirələrinə daha az yönəlib. Bu səbəbdən təfsirçinin məqsədi, hətta bəzi hədisləri qeyd etməkdə belə, Quranı başa düşmək üçün ayələri bəyan etmək, onun tərbiyəvi və əxlaqi üsulunu izah etməkdir.

captcha