IQNA

Din yolunu seçmək fitrətə uyğundur

19:26 - November 14, 2022
Xəbər sayı: 3493262
Fitrət insanda onun yaranmasında müəllimin, təlimçinin və ya təcrübənin rolu olmayan hər hansı bir hiss deməkdir. O, insanı dindarlığa sövq edən mənbədir.

Aydındır ki, dini əməlləri yerinə yetirmək və onun ayinlərinə riayət etmək səbir və dözüm tələb edir. Dindar insan, xüsusən də qeyri-dindar ailələr və dostlar arasında yaşayan şəxs dini vəzifələrini yerinə yetirmək üçün daha çox dözümlü olmalıdır. Onların istehza və gülüşlərinə dözməlidir.

Qurani-Kərim buyurur: "Həqiqətən, günahkarlar iman gətirmiş kimsələrə (dünyada) gülürdülər. (Möminlərin) yanlarından keçərkən (onları dolamaq məqsədilə) bir-birinə qaş-göz edirdilər. Ailələrinin (yaxın adamlarının) yanına qayıtdıqda isə (onları doladıqları üçün) kefləri kök qayıdırdılar. Onları (möminləri) gördükdə: Doğrusu, bunlar (haqq yoldan) azanlardır! -deyirdilər" (Mütəffifin, 29-32)

Quran bu ayələrdə zalımların dörd cür çirkin rəftarına işarə edir: Gülmək, buruşmaq (gözə və qaşlara işarə etmək), zarafat etmək (lağ etmək) və azğınlıq nisbəti vermək. Sonra Quran belə buyurur: " 34.    Bu gün isə möminlər kafirlərə güləcəklər" (Mütəffifin, 34). Bəli, əsl ziyana uğrayanın kim olduğu Qiyamət günü üzə çıxacaq!

Fitrət insanda onun yaranmasında müəllimin, təlimçinin və ya təcrübənin rolu olmayan və bütün insanlarda, bütün yerlərdə və bütün zamanlarda daimi olan hər hansı bir hiss deməkdir. O hiss bəzən fitrət, bəzən də instinkt adlanır. Əlbəttə ki, instinkt adətən aclıq və susuzluq hissi kimi həm heyvanlarda, həm də insanlarda mövcud olan hiss və meyllərdir. Bir məsələnin fitri olmasının əlaməti onun ümumiliyidir. Məsələn, ananın övladına məhəbbəti fitridir, yəni müəllimsiz, tərbiyəçisiz, təlqinsiz yaradılışında gizli olan bir hissdir və ümumidir. Yəni istənilən hər zaman və məkanda bu sevgini analarda görə bilərsiniz.

Əlbəttə ki, onun intensivliyinə, zəifliyinə səbəb olan amillər ola bilər. Çünki bəzən daxili hisslərdən biri digərinə qalib gəlir. İnsanlarda həm var-dövlətə maraq var, həm də xoşbəxtlik və sağlamlıq marağı var. Lakin bu maraqlar bütün insanlarda eyni deyil. Bəziləri var-dövlətini canına, bəziləri isə var-dövlətinə canını fəda edir. Necə ki, cahil ərəblərdə namus eşqi, qız övladının ayıb olması xəyalı atanın övladını sevməyi dayandırıb qızını öz əlləri ilə diri-diri basdırmasına səbəb olub. Deməli, fitri olmağın mənası o deyil ki, insan əməldə də daim bir şeyə bağlı qalsın. Çünki bir fitri məsələ başqa bir fitri məsələni əhatə edə bilər.

Fitrət məsələsinin nəticələrindən biri də qürur hissidir.

Din fitridir deyəndə, bu o deməkdir ki, dinin əsasları və kökləri hər bir insanın zatındadır. Dinin əsas və fəri məsələləri, əxlaq, dinin əsasları və maarifi insanın fitrəti və yaradılışı ilə uyğundur. İstənilən yaşda, yaşadıqları hər zaman və məkanda insan varlığın mənbəyini tanımaq istəyir? Bu, tövhidin köküdür.

  • Möhsin Qəraəti tərəfindən yazılmış "İnancların Əsasları" (Tövhid) kitabından götürülmüşdür.
captcha