IQNA

Hicabı təhqir edən fransalı restorançı məhkəmə qarşısına çıxarılıb

9:55 - November 19, 2022
Xəbər sayı: 3493280
Fransız restoranının sahibi hicablı qadını qəbul etmədiyi üçün məhkəmə qarşısına çıxarılıb.

"İQNA", "Əş-şuruq"-a istinadən xəbər verir ki, Bask bölgəsindəki fransız restoranının sahibi hicablı qadını qəbul etmədiyi üçün məhkəmə qarşısına çıxıb.

Fransanın “Fiqaro” qəzetinin dərc etdiyi xəbərdə prokurorun bu restoranın sahibinə qarşı 600 avro cərimə tələb etdiyi, onu irqçilik və dini ayrı-seçkilikdə ittiham etdiyi bildirilir.

Həmçinin qeyd olunub ki, bu 64 yaşlı qadın İspaniyada doğulmuş, lakin Fransa vətəndaşıdır. O, oğlu ilə Analar Gününü qeyd etməyə gedəndə restoran işçilərindən birinin ondan hicabını çıxartmağı istədiyini görüb.

4100239

captcha