IQNA

Hindistanda şiə alimlərinin konfransı keçirilir

11:40 - November 26, 2022
Xəbər sayı: 3493316
Hindistanlı şiə alimləri bu gün, noyabrın 26-da Lakxnau şəhərindəki Nakhas Şiə Kollecində Əhli-Beytin (ə) dördüncü konfransında bir araya gəliblər.

"İQNA", "Hindustan Times"-a istinadən xəbər verir ki, Bu konfransda şiə alimləri 2008-ci il noyabrın 26-da Mumbayda törədilən terror aktının 14-cü ildönümünə təsadüf edən gündə terrora qarşı bir mesaj verəcəkər.

Bu konfransda şiə alimləri 2008-ci il noyabrın 26-da Mumbayda törədilən terror aktının 14-cü ildönümünə təsadüf edən gündə terrora qarşı bir mesaj verəcəklər. Onlar həmçinin Pakistandakı azlıqların və şiələrin vəziyyəti ilə bağlı da öz fikirlərini bildirəcəklər.

Hindistan Şiə Şəxsi Hüquqları Şurasının baş katibi Mövlana Yasub Abbas jurnalistlərə müsahibəsində bu konfransın Bütün Hindistanın Hüseyni Şiələrinin Fondu adından keçirdiyinə işarə edərək deyib: "Pakistan terror yuvasına çevrilib. Terror təşkilatları daim şiə icmasını hədəfə alır".

O əlavə edib ki, Həzrət Məhəmməd (s) və onun Əhli-Beyti (s) dünyaya sülh və insanlıq mesajı verib. Alimlər də bu konfrans vasitəsilə bütün bəşəriyyətə insanlıq və sülh mesajını çatdıracaqlar.

Qeyd edək ki, Hindistan Şiə Şəxsi Hüquq Şurası (AISPLB) bu ölkədə şiələrin hüquqlarını müdafiə etmək üçün 2005-ci ilin yanvarında yaradılmış bir təşkilatdır.

4102322

Ad:
E-poçt:
* Comment:
captcha