IQNA

Azərbaycanda daha 39 nəfər COVID-19-a yoluxub

18:53 - November 27, 2022
Xəbər sayı: 3493324
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 39 yeni yoluxma faktı qeydə alınıb, 34 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə APA-ya Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında ölən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 824 232 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 813 976 nəfər müalicə olunaraq sağalıb, 9 976 nəfər vəfat edib, aktiv xəstə sayı 280 nəfərdir.

Ölkədə son sutka ərzində 1 337, hazırkı dövrədək isə 7 370 771 test aparılıb.

Ad:
E-poçt:
* Comment:
captcha