IQNA

İslamın əqidə prinsipləri; Məad / 4

Ölümdən sonra həyat mümkündürmü?

22:36 - December 05, 2022
Xəbər sayı: 3493369
Ölüm və bədən hüceyrələrinin məhvi ilə üzləşən insan ölümdən sonra yeni bir həyata sahib olmağın mümkün olub-olmadığını soruşur.

Hər hansı bir şeyin varlığını sübut etmək üçün üç addım lazımdır:

  A: Bu baş verə bilər.

  B: Onun baş vermə səbəblərini izah edin.

  C: Onun həyata keçirilməsinə heç bir maneə olmamalıdır.

  Ona görə də yaxşı olar ki, bilək, məadın (ölümdən sonrakı həyat) baş verməsi həqiqətdir, ya yox? Yəni ağıl baxımından qeyri-mümkün deyilmi? Bunun mümkünlüyü bizə aydın olduqdan sonra, gəlin araşdıraq görək dirilmənin səbəbi nədir? Çünki yalnız mümkün olmaq kifayət deyil. Həqiqətdə mümkün olan hər bir hərəkətin səbəbi olmadığı müddətcə baş verməz. Üçüncü mərhələdə isə məad üçün heç bir maneənin olmaması müzakirə edilir.

Bu üç şərt qiyamət üçün də mövcuddur. Əvvəlcə məadın mümkünlüyünü müzakirə edirik:

  Tarix boyu heç kim məadın olmaması üçün elmi dəlil göstərməmişdir. Məadı inkar edənlərin dedikləri tək şey budur ki, zərrələri çürüyüb səpələnmmiş ölü bir insanın yenidən dirilməsi mümkündürmü? Bu qeyri-mümkün deyilmi?

  Ağıl və Quranın cavabı budur ki, bu iş şübhəsiz həyata keçirilə bilər, çünki düşüncədə təsəvvür edilə bilər və biz gecə-gündüz ölülərin dirildiyinin nümunələrini daim görürük.

  Bizim dəlillərimiz Qurandan olsa da, Quran ağlımızı düşünməyə dəvət edir və buyurur: "İşini gecə-gündüz, hər fəsildə, ildə müşahidə etdiyimiz birinin əməyini danmaq olarmı?!

  İmam Cavad (ə) buyurur: "Yatmaq və oyanmaq bizim ölməyi və dirilməyi başa düşməyimiz üçün ən gözəl nümunədir". Bəli, ölüm uzun bir yuxudan başqa bir şey deyil.

Ağacların yaz və payızı bitkilərin həyat və ölümünün başqa bir nümunəsidir. Fatir surəsində oxuyuruq: "Buludları hərəkətə gətirən küləkləri göndərən Allahdır! Biz (o buludları) quru (ölü) bir məmləkətə tərəf qovub, öldükdən sonra torpağı onunla dirildirik. (Ölüləri) diriltmək də belədir!" (Fatir, 9). Yəni ölülərin dirilməsi ağacların, bitkilərin dirilməsi kimidir.

Başqa yerdə buyurur: "Biz onunla (o su ilə) ölü bir məmləkəti cana gətirdik. (Qəbirlərdən dirilib) çıxmaq da belədir!" (Qaf, 11). Biz ölü şəhəri yağışla diriltdik, sizin çıxışınız da Qiyamət günüdür.

  Odur ki, məxluqat və kainatdakı dirilmə nümunələri hər gecə-gündüz, hər il və fəsil gözümüzün qabağında parlayır və ölülərin dirilməsi məsələsini (bütün əzəməti ilə) bizim üçün sadə və mümkün edir.

  • Möhsin Qəraəti tərəfindən yazılmış "İslamın əqidə prinsipləri (Məad)" kitabından götürülmüşdür.
captcha