IQNA

Türkiyədən Həcc və Ümrə ziyarətləri ilə bağlı vizalar asanlaşdırıldı

17:02 - December 12, 2022
Xəbər sayı: 3493404
Səudiyyə Ərəbistanının Həcc və Ümrə naziri Tofiq ər-Rəbiə Türkiyəyə səfərinin ikitərəfli münasibətləri ortaq maraqlara uyğun əməkdaşlığa çevirmək məqsədi daşıdığını bildirib.

İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) “Az.shafaqna.com”-a istinadla xəbər verir ki, Türkiyəyə gələn Səudiyyə Ərəbistanının Həcc və Ümrə naziri Tofiq ər-Rəbiə İstanbulda Türkiyənin diyanət işləri başçısı Əli Erbaşla təşkil edilən ortaq mətbuat konfransında çıxış ediblər.

T.Rəbiə çıxışında söyləyib: “Əli Erbaş və heyəti ilə görüş keçirdik. Müqəddəs torpaqlardakı infrastruktur məsələləri ilə yanaşı, Həcc və Ümrə ziyarətləri ilə bağlı prosesləri müzakirə etdik.

Səudiyyə Ərəbistanının 2030-cu il üçün ən böyük layihələrindən biri Kəbə ətrafındakı hərəm ərazisini genişləndirməkdir. Bununla bağlı Türkiyə və Səudiyyə Ərəbistanı şirkətləri görüşəcək.

Bundan başqa, Səudiyyə Ərəbistanının Ümrə ziyarətinə Türkiyədən gələn hava yolu şirkətləri ilə nəqliyyatın asanlaşdırılması məsələsini də müzakirə etdik. Müqəddəs torpaqlarda bərpadan sonra istifadəyə veriləcək 100-dən çox tarixi bina ilə İslam tarixi və Peyğəmbərin həyatını daha yaxşı anlamaq üçün ziyarət imkanları yaranacaq.

Həcc və Ümrə ziyarətləri ilə bağlı vizaların asanlaşdırılması üçün addımlar atıldı: Ümrə vizası 30 gündən 90-a çıxarıldı”.

captcha