"İQNA", " Məkkə qəzeti"-nə istinadən xəbər verir ki, Səudiyyə Ədəbiyyat, Nəşriyyat və Tərcümə Fondu tərəfindən təşkil edilən Ciddə Beynəlxalq Kitab Sərgisi 2022-ci il dekabrın 8-də başlayıb və dekabrın 17-də başa çatıb.
Bu sərgidə Səudiyyə Ərəbistanı Kralı Abdullahın tərcümeyi-halının sənədləşdirilməsi mərkəzindən əlyazmalar və Qurani-Kərimdən başqa nəfis əsərlər ictimaiyyətə təqdim olunub. Dörd əsr və 64 il əvvələ (464 il əvvəl) aid mərakeş qrafikası ilə yazılmış Quran bu əsərlərdən biridir.
Bu Quran Kufi əlifbasından əldə edilən Mərakeş qrafikası ilə yazılmış və İslam fəthlərinin təsiri ilə müxtəlif ölkələrə daxil olmuş və nəhayət Əndəlüsə çatmışdır.
Digər əsərlər arasında İbn Sinanın hicri 11-ci əsrə aid ərəbcə “Əl-İşarat və Ət-tənbihat” adlı kitabının əlyazması nümayiş etdirilib. Bu kitabın birinci fəslində məntiqdən, ikinci fəsildə isə fəlsəfədən bəhs olunub.
4107491