IQNA

Sinqapurda məscidlərin özünü təmin etmə planı həyata keçirilib

18:37 - January 01, 2023
Xəbər sayı: 3493501
Sinqapurun qərb hissəsindəki on altı məscid maliyyə cəhətdən özünü təmin etmək üçün ehtiyatlarını yatırmağa yönəlmiş pilot proqramda iştirak etmək üçün qeydiyyatdan keçib.

"İQNA", "The Strait Times"-a istinadən xəbər verir ki, Sinqapur Dini İslam Şurası (MUIS) tərəfindən yayımlanan açıqlamada məscidlərin artıq vəsaitlərini “Məscid-vəqf sərmayəsi” sxemi ilə İslam şəriətinə uyğun investisiya məhsullarına yatıracaqları bildirilir.

Bu plan məscidlərin uzunmüddətli perspektivdə maliyyə cəhətdən özünü təmin edə bilməsi üçün istifadə edilir. Sinqapurun Dini Şurası isə investisiyaların müdiri kimi çıxış edir.

Bu təşəbbüs 2023-cü ildə Sinqapurda daha 54 məsciddə tətbiq olunacaq. Hazırda Sinqapurda təxminən 72 məscid var.

Vəqf-Məscid investisiya planı digər xərcləri ödəmək üçün də istifadə olunur. Bura məscidlərin və məktəblərin tikintisinə və təmirinə dəstək, icmada gələcək müsəlman alimlərinin hazırlanması və Sinqapur müsəlman icması üçün dəstək proqramları daxildir.

4110269

 

captcha