IQNA

Məscidün-Nəbidə Brayl əlifbası ilə Quran nüsxələri paylanıb

22:13 - January 09, 2023
Xəbər sayı: 3493541
Məscidün-Nəbinin rəhbərliyi bu məsciddə korlar üçün brayl əlifbası ilə Quran nüsxələrinin paylandığını elan edib.

"İQNA", "Səudiyyə Ərəbistanı xəbər agentliyi"-nə istinadən xəbər verir ki, Məscidün-Nəbinin rəhbərliyinin dediyinə görə, bu versiyanın paylanması korlara ən yaxşı xidmət göstərmək məqsədi ilə müxtəlif ibadətxanalarda həyata keçirilib.

Bu səlahiyyətli orqan həmçinin bildirmişdir: "Məscidün-Nəbinin kitabxanasında korlar üçün Brayl əlifbası ilə Qurani-Kərimin 65 nüsxəsi və 39 başqa kitab tərtib edilmişdir. Həmçinin Məscidün-Nəbinin bütün liftlərində də Brayl əlifbasından istifadə olunur".

Korlar üçün Brayl əlifbası ilə hazırlanmış Qurani-Kərimin bu variantından istifadə etməklə onlar Qurani-Kərimi asanlıqla oxuya bilərlər.

4113311

captcha