IQNA

Hindistanın ilk qadın müsəlman müəlliminin heykəlinin açılışı olub

18:51 - January 10, 2023
Xəbər sayı: 3493545
Hindistanda ilk müsəlman qadın müəllimin xatirəsinə heykəl tikilib və onun açılışı olub.

"İQNA", "The Kashmir Monitor"-a istinadən xəbər verir ki, Hindistanın ilk qadın müsəlman müəllimi kimi tanınan Fatimə Şeyxin doğum ildönümü ərəfəsində Andhra Pradeşdə heykəlinin açılışı olub.

Fatimə 1831-ci il yanvarın 9-da Hindistanın Pune şəhərində anadan olub. O, Hindistanın ən yaxşı islahatçılarından və sosial pedaqoqlarından biridir. Həmçinin bu ölkədə müasir təhsili yayan ilk müsəlman qadındır.

Fatimə nəinki evini qızların təhsilini alması üçün mübarizə aparan sosial islahatçı cütlük olan Cyoti Rao Phule və Savitribai Phuleyə açdı, həqiqətdə, həm də qızlara təhsil vermək üçün onlara qoşuldu.

Fatimə Şeyx 1900-cü il oktyabrın 9-da vəfat edib. Andhra Pradeş hökuməti 8-ci sinif dərsliklərinin dərslərindən birini bu müsəlman xanımın şəxsiyyətinin izahına həsr edib.

4113375

captcha