IQNA

Misirin Ramazan ayı üçün geniş Quran proqramları

18:53 - January 10, 2023
Xəbər sayı: 3493546
Misir Vəqflər Nazirliyinin sözçüsü bu nazirliyin müqəddəs Ramazan ayında geniş Quran proqramları hazırladığını açıqlayıb.

"İQNA", "Watan News Müstəqbəl"-ə istinadən xəbər verir ki, Misir Vəqflər Nazirliyinin rəsmi sözçüsü Abdullah Həsən müqəddəs Ramazan ayında geniş Quran və dini proqramların hazırlanacağını açıqlayıb.

O, aydınlaşdırıb: "Bu nazirlik müqəddəs Ramazan ayı üçün misilsiz proqramlar hazırlayıb. Bu proqramlarda görkəmli qarilərin iştirakı ilə dini dərslərin və Quran dərnəklərinin artırılması, böyük möminlərin iştirakı ilə dini məclislərin keçirilməsi, müxtəlif vilayətlərin Ramazan proqramı hazırlamaq məcburiyyətində olması gündəmdədir. Digər tərəfdən, böyük məscidlərin düzgün şəkildə etikaf keçirmək üçün hazırlanması da Misir Vəqflər Nazirliyinin Ramazan ayı ilə bağlı planlarının bir hissəsidir".

Həmçinin, ehtiyacı olan ailələrə bir milyon ərzaq səbətinin paylanması və Ramazan ayının ilk günlərində 300 ton qurban ətinin paylanması Misir Vəqflər Nazirliyinin gündəmindədir. Bu da Misirdə son dövrlərdə yaşanan dolanışıq problemlərini nəzərə aldıqda böyük əhəmiyyət kəsb edir.

Misir Vəqflər Nazirliyinin sözçüsü bu nazirliyin 29-cu Beynəlxalq Quran Müsabiqəsinin keçirilməsinə hazırlığı barədə də məlumat verib.

4113374

captcha