IQNA

Quran tilavəti sənəti / 25

Məşhur olmaq fürsəti olmayan güclü qiraətçi

11:25 - February 08, 2023
Xəbər sayı: 3493677
Əbdül-Əziz Əli Əl-Fərəc əvvəllər Əbdül-Basitlə eyni vaxtda Quran oxuyan, lakin yaşadığı problemlər üzündən o qədər də şöhrət qazana bilməyən misirli qarilərdəndir. Bununla belə, o, Misirin görkəmli ustadlarından sayılırdı.

"İQNA"-nın verdiyi məlumata görə, ustad Əbdül-Əziz Əli Əl-Fərəc 1927-ci ildə Misirdə anadan olub. Quranı tam əzbərlədikdən sonra məclislərdə iştirak edirdi.

1962-ci ildə Misir Radiosunun məharətli olanları qiymətləndirən şuranın qarşısına çıxdı və 170 iştirakçı arasından üç nəfərlə birlikdə radioya qəbul olundu.

Əbdül-Əziz Əli Əl-Fərəcin işlərindən biri də hər gün çayxanaya getməsi idi. O dövrün mədəniyyətində çayxana ədəbiyyat, mədəniyyət və incəsənət adamlarının toplaşması üçün münasib yer idi. Həmçinin çoxlu qarilər, alimlər oraya gəlib Quran elmləri haqqında gözəl söhbətlər edərdilər.

Əli Əl-Fərəc demək olar ki, hər gün bu müzakirələrdə iştirak edən qiraətçilərdən biri idi. Əli Əl-Fərəclə müzakirələrdə vaxt keçirən digər şəxs isə “Əbdül-Basat” idi. O, Əbdül-Basit və "Mustafa İsmayıl"la yaxşı münasibət qurmuşdu. Bu dostluq Əli Əl-Fərəcin ömrünün sonuna qədər davam etdi. O, xəstəlik və başına gələn problemlər səbəbindən bir çox maddi problemlər yaşadı. Elə bir şəkildə ki, dünyasını dəyişəndə ​​də Əbdül-Basit onun dəfnini keçirdi.

Kor şəkildə qiraət edən Əli Əl-Fərəcdən xəstəlik və maddi problemlər səbəbindən çox qiraət qalmasa da, güclü və möhkəm səsə malik idi.

3737628

captcha