IQNA

İranlıların milli bayramı dünya mediasında əks olunub

20:41 - February 11, 2023
Xəbər sayı: 3493687
İran İslam İnqilabının qələbəsinin 44-cü ildönümü münasibətilə keçirilən yürüşdə İran xalqının geniş iştirakı ərəb və xarici mediada geniş şəkildə əks olunub.

"İQNA", xəbər verir ki, "Əl-Məyadin" xəbər saytı İran xalqının əzəmətli yürüşünün şəkillərini dərc edərək yazıb: "İran İslam İnqilabının qələbəsinin 44-cü ildönümü ilə bağlı yürüş İranın 1400-dən çox şəhəri və 38 min kəndində keçirilir".

“Əl-Əhd” xəbər saytı da xəbər verib: "İran İslam İnqilabının qələbəsinin ildönümü yürüşü İranın 1400-dən çox şəhərində keçirilir. İran prezidenti Seyyid İbrahim Rəisi Tehranda keçirilən yürüş mərasimində çıxış edib".

“Əl-Mənar” xəbər saytı da 22 Bəhmən (11 fevral) yürüşündə iranlıların geniş şəkildə iştirakını əks etdirən şəkil və video klipləri dərc edərək yazıb: "İranın müxtəlif əyalətlərində İslam İnqilabının qələbəsinin 44-cü ildönümü yürüşü keçirilir".

Əl-Mənar yazıb: "Bugünkü yürüşün iştirakçıları bir daha Ali Məqamlı Rəhbərə və İran İslam İnqilabının ideallarına sədaqətlərini təzələdilər. Onlar vurğulayıblar ki, İran İslam İnqilabı dünyanın məzlumlarının qəlbində ümidi canlandırıb".

Rusiyanın “Sputnik” xəbər agentliyi də İran İslam İnqilabının qələbəsinin 44-cü ildönümündə İran xalqının yürüşünün şəkillərini dərc edərək yazıb: "Bugünkü yürüşün kənarında Tehranın Azadlıq meydanında “İmad” ballistik raketi və “Şahid 136” pilotsuz təyyarəsi nümayiş etdirilib.

“Əl-Məsirə Yəmən” kanalı da xəbər verib: İran xalqı bu gün səhər saatlarında İslam İnqilabının qələbəsinin 44-cü ildönümünü qeyd etmək üçün küçələrə çıxıb.

Fransa xəbər agentliyi inqilabın qələbəsinin 44-cü ildönümü yürüşündə İran xalqının iştirakına toxunaraq yazıb: "Soyuq havaya baxmayaraq, çoxlu iranlı Tehranın Azadlıq meydanına toplaşaraq "Amerikaya" və "İsrailə ölüm” şüarları səsləndiriblər.

“Ərəbi 21” xəbər saytı da İran prezidenti Seyyid İbrahim Rəisinin İran İslam İnqilabının qələbəsinin 44-cü ildönümü yürüşündə iştirakının şəkillərini dərc edib və yazıb: "Bu gün iranlılar yürüş təşkil edərək, bayraq və İmam Xomeyninin (r.ə) şəkillərini daşıyaraq İslam Cümhuriyyətinin yaranmasının ildönümünü qeyd ediblər".

Həmçinin "Rusiya Əl-yəvm", "Əfqanıstanın Səsi" xəbər agentliyi (Ava), "i24news.tv" xəbər agentliyi, Suriyanın rəsmi xəbər agentliyi (SANA), Yəmənin rəsmi xəbər agentliyi "Səbə", "Middle East News" xəbər bürosu, Livan "LBC" şəbəkəsi və Misir mediaları, o cümlədən "Əl-Asimə" və "Əl-yəvmus-Sabi" kimi digər xəbr agentlikləri də bu əzəmətli yürüşünün şəkillərini və xəbərini veriblər.

4121288

captcha