IQNA

13:56 - February 13, 2023
Xəbər sayı: 3493695

Fələstinlilər türkiyəli və suriyalılar üçün qanvermə aksiyası keçirir

Fələstinlilər Qəzza sektorunda Türkiyə və Suriyadakı dağıdıcı zəlzələlər nəticəsində xəsarət alan insanlar üçün qanvermə aksiyası keçiriblər.

Fələstinlilər türkiyəli və suriyalılar üçün qanvermə aksiyası keçirir

İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Az.shafaqna.com-a istinadən xəbər verir ki, Qəzza sakinləri təbii fəlakət nəticəsində zərər görmüş görmüş şəxslərlə həmrəylik əlaməti olaraq mitinq də keçiriliblər.

Yürüş iştirakçıları “Türkiyə və Suriyadakı qardaşlarımız, sizin fəlakətiniz bizim fəlakətimizdir, bizim qanımız sizin qanınızdır”.

Aksiya “Yetimlər üçün ümid institutu” adlı Fələstin QHT-nin təşəbbüsü ilə keçirilib. Təşkilatın binası üzərində Suriya və Türkiyə bayraqları asılıb.

QHT rəhbərlərindən biri İyyəd əl-Misri çıxışı zamanı deyib ki, adıçəkilən iki ölkədə baş verən təbii fəlakətlər “ərəb və İslam cəmiyyətini” olduqca təsirləndiri.

O, yeraltı təkanlar zamanı nəticəsində həyatını itirənlərlə bağlı başsağlığı verib.

captcha