Sosioloq və din sahəsində tədqiqatçı olan İmad Əfruğ “Nəhcül-bəlağə”dən iqtibaslar haqqında mühazirəsində İmam Əlinin (ə) fikirlərini təqdim edir. O, İmam Əlinin (ə) sözlərində “Quranın fəzilət və məqamı” mövzusunda danışıb. Bunu aşağıda ətraflı şəkildə oxuya bilərsiniz.
İmam Əlinin (ə) “Nəhcül-bəlağə”nin 198-ci xütbəsində bəhs etdiyi mövzulardan biri də Qurani-Kərimin əhəmiyyəti və fəziləti ilə bağlı mövzudur.
Bu barədə Həzrət Əmir (ə) buyurur: “Quran heç vaxt sönməyən bir nurdur, nuru sönməyən bir çıraqdır, dərinliyi ağlasığmaz bir dəryadır, o elə bir yoldur ki, onun üzərində gedən heç bir şəxs yolunu azmaz, işıqlı bir alovdur ki, sönməz.
Quran haqq ilə batili ayırandır. Onun dəlil və sübutunun parıltısı sönməyəcək. Sütunları dağılmayacaq binadır. dəhşətli xəstəliklərə şəfa verəndir. O, köməkçiləri məğlub olmayan bir qüdrətdir və köməkçiləri məğrur olmayan bir haqqdır.
Quran iman mədənləri və onun prinsipidir, elm çeşmələri və elm dənizləridir, ədalətin mənbəyi və axan ədalət dəryasıdır, İslamın əsasları və möhkəm sütunlarıdır, həqiqətin axan çayları və onun torpaqlarıdır, susayanların bütün suyunu içə bilməyən bir dənizdir, onu dadmalıdırlar. O, suyu azalmayan bir bulaqdır, nə qədər ondan su götürülsə də suyu azalmır.
Quran müsafirlərin unutmayacağı bir evdir. Elə bir nişanədir ki, yolçular ondan qəflət etmirlər. Elə gözəl bir dağdır ki, ondan keçib getmirlər. Allah Quranı alimlərin elmi susuzluğunu yatırmaq, fəqihlərin qəlbinə yaz yağışı və əməlisalehlərə geniş yol etmişdir".
3968180