"İQNA", xəbər verir ki, İran İslam Cümhuriyyətinin 39-cu Beynəlxalq Quran Müsabiqəsinin qadınların yarışması ilə final mərhələsi bu gün səhər saatlarında fevral ayının 19-da başlayıb.
Bu yarışma fəxri Qari Səmanə Kuçəkinin qiraəti ilə başlayb. Sonra müsabiqə iştirakçılarının çıxışı müəyyən edilmiş siyahı və qrafikə uyğun olaraq saat 09:50-də iraqlı Hafiz Qəsi Həmidin yarışması ilə başlayıb.
Daha sonra İraqın tərtil qiraəti ilə oxuyan qarisi Zeynəb Əl-Musəvi çıxış edib. Ondan sonra Quranı tam əzbərləmək sahəsində İranın təmsilçisi Hacər Mehrəlian yarışıb və münsiflər heyətinin suallarını cavablandırıb.
Müsabiqənin davamında türkiyəli təmsilçi Həlimə Köçoğlu tərtil qiraəti üzrə çıxış edib. Sonra isə İzmirin seçilmiş Təvaşih (dini surud) qrupu bir parça ifa edib.
Qadınların yarışının son hissəsi tunisli Hafiz Əsma Şelbi və şri-Lankalı tərtil qiraəti üzrə nümayəndəsi Noha Nəğman olub. Qadınların yarışması aparıcının sözü ilə saat 11:40-da başa çatıb.
4122919