IQNA

Qadın münsiflər heyətinin tərkibində birinci dərəcəli hakimlər var

15:52 - February 20, 2023
Xəbər sayı: 3493725
39-cu Beynəlxalq Quran Müsabiqəsinin münsiflər heyətində birinci dərəcəli hakimlərdən istifadə olunub.

"İQNA", xəbər verir ki, İran İslam Cümhuriyyətinin 39-cu beynəlxalq Quran müsabiqəsinin hakim heyətində birinci dərəcəli hakimlərdən istifadə olunur.

Quranı əzbərləmə bölməsində İrandan Zəhra Sərihi Nejad, İrandan Məryəm Adilnia və Livandan Bilqeys Hərb hakimlik edir.

Təcvid bölməsində isə Məsumə Abbasi Nəzəri və Məhbubə Katib hakimlik edir.

İrandan Süməyyə Heybətian və Bəhreyndən Rəmlə Məkki kimi ustadlar səs bölməsinin hakimləridir. İranlı Səmanə Kuçəki və küveytli Bədriyyə Əl-Əbdəli səsin tonu sahəsində hakimlik edirlər.

İrandan Məryəm Xətib və İraqdan Zeynəb Əl-Salim vəqf və ibtida (dayanmaq və başlamaq) sahəsinin hakimləridir.

Həmçinin münsiflər heyətinin rəhbəri iranlı Maidə Ədibzadə, qadınlardan ibarət bölmənin texniki nəzarətçisi isə iranlı Zeynəb Ağaidir.

4123088

captcha