"İQNA", xəbər verir ki, İran İslam Cümhuriyyətinin “Bir kitab, bir millət” şüarı ilə keçirilən 39-cu beynəlxalq Qurani-Kərim müsabiqəsinin fevralın 22-də prezident Höccətül-islam vəl-müslimin İbrahim Rəisi, mədəniyyət və islami irşad naziri Məhəmməd Mehdi İsmaili, təhsil naziri Yusuf Nuri və İranın bir çox digər rəsmilərinin iştirakı ilə keçirilib.
Bu mərasimi "Şura" və "Kövsər" surələrinin təhqiq qiraəti sahəsində birinci yeri tutan Əmirhüseyn Rəhmətinin qiraəti, bu müsabiqənin ekspert aparıcısı Məcid Yaraqbafanın və ərəb dili üzrə mütəxəssis Seyyid Əhməd Nəcəfinin çıxışı ilə başladı.
Ali Məqamlı Rəhbərin nümayəndəsi, Vəqf və Xeyriyyə İşləri Təşkilatının rəhbəri Höccətül-İslam vəl-müslimin Seyyid Mehdi Xamuşi mərasiminin əvvəlində Qurana tabe olmağa çalışanların nicat əhli olduğunu bildirərək dedi: "Müsəlman olduğumuzu və Allahın mesajlarını eşitdiyimizi, onunla yaşadığımızı, iman etdiyimizi söyləmək üçün müəyyən tələblər var. O cümlədən Quranı düşünərək oxumaq, şəxsi, ailəvi, siyasi həyatda və s. Allahın əmrlərinə tabe olmaqdır".
39-cu Beynəlxalq Quran Müsabiqəsinin Hakimlər Heyətinin bəyanatı oxunub.
Daha sonra mədəniyyət və islami irşad naziri Məhəmməd Mehdi İsmaili hökumətin Quran sahəsində fəaliyyətinə toxunaraq dedi: "Quran fəaliyyətlərinə cavabdeh bir nazirlik olaraq biz müxtəlif qurumlarda Quranın təbliği tədbirlərinin koordinasiyasına cavabdehik".
39-cu İran Beynəlxalq Quran Müsabiqəsinin qalibləri məlum olub. Mərasimin bu hissəsində İranın prezidenti Höccətül-islam vəl-müslimin İbrahim Rəisi çıxış edib.
4123898