"İQNA", "Əl-yəvm 24"-ə istinadən xəbər verir ki, bu yarış fevralın 25-də Efiopiyanın paytaxtı "Əddis-Əbəbə"də keçirilib. 50 iştirakçı bir-biri ilə yarışıb.
Vərşin rəvayəti ilə Quranı bütövlükdə əzbərləmək, iştirakçıların özlərinin seçdikləri rəvayətlərlə Quranı əzbərləmək və ən azı beş cüz əzbərləmək bu yarışmanın sahələrindən olub. Hər sahədə üç nəfər ən yaxşı seçilib.
Bu müsabiqənin qalibləri Ramazan ayında Afrika ölkələrinin nümayəndələrinin iştirakı ilə keçiriləcək final yarışmasında iştirak etməlidirlər.
Quran fəaliyyətləri sahəsində irəliləyiş əldə etməyə çalışmaq, peyğəmbərlik ənənəsini canlandırmaq və gəncləri İslam təlimlərini həyata keçirməyə təşviq etmək bu müsabiqənin məqsədlərindən olduğu bildirilib.
Afrika Alimləri İnstitutunun baş katibi Məhəmməd Sadis müsabiqənin açılış mərasimində deyib: "Bu müsabiqə gənclərin istedad və imkanlarını kəşf etmək, yeni və gənc Quran hafizlərini cəlb etmək üçün bir fürsətdir".
4124519