IQNA

Berlində "Zühurun müntəzirləri" müsabiqəsi keçiriləcək

19:38 - February 28, 2023
Xəbər sayı: 3493772
Berlindəki İmam Əli (ə) İslam Mərkəzi Nimeyi-Şaban ərəfəsində “Zühurun İntizarında” müsabiqəsinin keçiriləcəyini elan edib.

"İQNA", xəbər verir ki, gənclər, yeniyetmələr və azyaşlı uşaqlara məxsus olan bu müsabiqə üç kateqoriya üzrə keçirilib: Rəsm, şeir, qiraət və İmam Zamana (ə) məktub.

Bu müsabiqədə iştirak etmək istəyənlər əsərlərini Berlindəki İmam Əli (ə) İslam Mərkəzinin “01771355550” WhatsApp nömrəsinə göndərə bilərlər.

Əsərlərin təqdim edilməsi üçün son tarix 5 mart 2023-cü il elan edilib. Bu müsabiqənin qalibləri 7 martda mərkəzin Nimeyi-Şaban bayramında təqdim olunacaq və mükafatlarla təltif olunacaqlar.

Qeyd edək ki, gələn çərşənbə, martın 17-si Nimeyi-Şaban və dünya şiələrinin 12-ci imamı Həzrət Mehdinin (ə.c.) mövludu günüdür. Bu münasibətlə müxtəlif ölkələrdə Əhli-beyt (ə) davamçıları və aşiqləri müxtəlif proqramlar və şənliklər keçirəcək.

4124959

captcha