IQNA

Hacı Şahin Həsənli vəfat etdi

12:59 - March 02, 2023
Xəbər sayı: 3493781
Tanınmış ilahiyyatçı Hacı Şahin Həsənli vəfat edib. Məlumata görə, bu gün səhər saatlarında dünyasını dəyişib

İQNA (Beynəlxalq Quran Xəbər Agenrliyi) xəbər verir ki, tanınmış ilahiyyatçı Hacı Şahin dünyasını dəyişib.

Bu barədə APA-ya ilahiyyatçının ailə yaxınları məlumat verib.

Köməkçisi bildirib ki, Hacı Şahin ürək tutmasından vəfat edib.

İlahiyyatçının Feysbuk səhifəsində bildirilib: "Böyük hüzn və kədərlə bildirmək istəyirik ki, bu gün səhər saatlarında Hacı Şahin Həsənli dünyasını dəyişdi. İctimaiyyətə əlavə məlumat veriləcək".

captcha