IQNA

Ramazan ayında 22 ölkədə bir milyon Səudiyyədə çap olunmuş Quran paylanacaq

12:25 - March 06, 2023
Xəbər sayı: 3493802
Səudiyyə Ərəbistanının İslam İşləri, Təbliğat və İrşad Nazirliyi Ramazan ayı ərzində dünyanın 22 ölkəsində müxtəlif dillərdə bir milyon nüsxə Quranın paylanacağını açıqlayıb.

"İQNA", "Əl-Vətən"-ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının kralı Kral Salman ibn Əbdül-Əziz Ramazan ayı ərzində Mədinədə “Kral Fəhd” Qurani-Kərim mərkəzi tərəfindən çap edilmiş bir milyon nüsxə Quranın 22 ölkədə paylanmasına razılıq verdiyini açıqlayıb.

Bu Quranlar müxtəlif ölçülərdə vəhy kəlamının nüsxələrini və Quranın 76-dan çox dildə tərcüməsini ehtiva edəcək.

Səudiyyə Ərəbistanının İslam işləri, təbliğat və irşad naziri Əbdüllətif bin Əbdüləziz Ali-Şeyx bildirib ki, Quranın ölkələrə paylanması da Səudiyyə Ərəbistanının Qurana xidmət səylərinin davamı olaraq həyata keçirilir. Bu hərəkət Quranın dünyanın müxtəlif yerlərində milyonlarla müsəlmanın əlinə çatdırılmasında təsirli olur.

4126295

captcha