IQNA

Ukraynada Quranın yandırılmasına davam edən reaksiyalar

17:46 - March 18, 2023
Xəbər sayı: 3493878
Bu yaxınlarda bir sıra Ukrayna əsgərlərinin Qurani-Kərimi təhqir edən hərəkəti müsəlmanlar tərəfindən geniş şəkildə pislənilib. Çeçenistan prezidenti Quranı təhqir edənlərin tapılıb cəzalandırılması barədə söz verdiyini vurğulayıb.

"İQNA", "Rusiya Əl-Yəvm"-ə istinadən xəbər verir ki, Livan Ümmət Hərəkatının baş katibi Şeyx Abdullah Cabiri bəzi Ukrayna əsgərlərinin Qurana hörmətsizlik etməsini pisləyib və bu hərəkəti Ukraynadakı müharibəni dini müharibəyə çevirmək kimi qiymətləndirib.

Cabirinin sözlərinə görə, Ukraynada Quranın təhqir edilməsi sionistlərin müqəddəsləri təhqir etmək hərəkətlərinə bənzəyir. Bu hərəkətlərin tərtibçisi agentdir və onların müharibəsini dini müharibəyə çevirməyə çalışır.

Ümmət Hərəkatının baş katibi əlavə edib: "Bu gün Ukrayna liderləri bu hərəkəti izah etməli və müsəlmanlardan üzr istəməlidirlər. Onlar bu əsgərlərin sui-istifadə etməsinə icazə verdilər və bu, birinci dəfə deyil. Çünki bu hərəkətlərdən əvvəl də çoxlu səhvlər olub, lakin bu, mətbuatda dərc olunan ilk haldır."

O, vurğulayıb: "İslam təşkilatları, Ərəb Liqası və insan haqları təşkilatları bu cinayətlə bağlı aydın mövqe tutmalıdırlar."

Cabiri aydınlaşdırıb: "Quranı təhqir edən bu ukraynalı əsgərlərə xatırladılmalı və xəbərdarlıq edilməlidir: Onların aqibəti İŞİD-in aqibəti kimi olmamalıdır, bu hərəkət İŞİD-in hərəkətlərinə bənzəyir. Biz bu hərəkətləri və onların nəticələrini görmüşük. Təhqir edənlərə deyirik, başqasının alətinə çevrilməyin."

4128783

captcha