IQNA

Misirin "Dünyadakı qiraət səfirləri" ilə Ramazan proqramı

10:34 - March 20, 2023
Xəbər sayı: 3493888
Misirin Vəqf Nazirliyi dünyanın bir sıra ölkələrində Qurani-Kərimin tilavəti üçün “Dünyada qiraət səfirləri” proqramı şəklində Ramazan layihəsinin həyata keçirildiyini açıqlayıb.

"İQNA", "Əl-Əhram"-a istinadən xəbər verir ki, Misir Vəqflər Nazirliyi tərəfindən təşkil olunan “Dünyada qiraət səfirləri” proqramı “Nas” peyk kanalında canlı yayımlanacaq.

Misirin Vəqf Nazirliyi dünyanın müxtəlif ölkələrinə qarilər və nümayəndələr göndərərək bu proqramın müqəddimələrini hazırlayıb. Bu nümayəndələrdən ən önəmlilərindən biri də Əlcəzairə ezam olunmuş ustad Əhməd Nüəynədir. Bundan əlavə, Şeyx Təmim əl-Məraqi Maldiv adalarına, Şeyx Hadi Əl-Hüseyni Nyu-Yorka, Şeyx Karim Həriri Almaniyaya və Şeyx Mahmud Ramazan Əl-Leysi Braziliyaya göndərilib.

Bu qiraətlərdən əlavə, misirli xətiblərin və alimlərin bir sıra dini nitqləri dünyanın hər yerində dinləyicilər üçün nəşr olunacaq.

4129037

captcha