IQNA

Nigeriyada "Quran və Sünnə baxımından ailə" kitabının ingilis dilinə tərcüməsi çap olunub

22:20 - March 20, 2023
Xəbər sayı: 3493890
“Quran və Sünnə prizmasından ailə” kitabı İranın mədəni məsləhətçiliyinin səyi ilə Nigeriyada ingilis dilində nəşr olunub.

"İQNA", İslam Mədəniyyəti və Kommunikasiya Təşkilatına istinadən xəbər verir ki, İranın Nigeriyadakı Mədəniyyət Məsləhətxanası İslami Təhsil və Humanitar Elmlər Nəşr Təşkilatı Mərkəzi ilə əməkdaşlıq edərək Nigeriyada ingilis dilində “Quran və Sünnə prizmasından ailə” kitabını nəşr etdirib.

Bu kitabın müəllifi, cümə imamı və Londondakı Ümumdünya İslam Forumunun prezidenti Höccətül-İslam vəl-müslimin Əli Alimi həmin foruma rəhbərlik fəaliyyətindən əlavə, İslam mərkəzlərində dini mövzularda mühazirələr oxumaqla məşğuldur. O, İngiltərədə oxuyub və onun bəzi mühazirələri kitab və ya məqalələr şəklində nəşr edilmişdir.

Bu kitab Ümumdünya Əhli-Beyt (ə) Assambleyasının dəstəyi ilə və yerliləşdirildikdən və son redaktədən sonra Nigeriyadakı şiə icmasının elmi və mədəni sektorunun iştirakı və ölkəmizin mədəni məsləhəti ilə ingilis dilinə tərcümə edilmişdir. İranın Nigeriyadakı səfirliyi “Yoni Abuja Cultural Press” nəşriyyatında bu ilin mart ayında bu kitabı 500 nüsxə ilə nəşr etmişdir.

İranın Nigeriyadakı mədəniyyət müşavirliyi bu kitabın nəşrinə dəstək olmaq üçün onun 200 nüsxəsini satın alaraq elmi, akademik və dini qurumlarda, xüsusən də bu ölkənin müsəlmanları arasında yaymışdır.

4129066

captcha