IQNA

Məscidül-Həram və Məscidün-Nəbinin Ramazan proqramları elan olub

10:56 - March 21, 2023
Xəbər sayı: 3493892
Mübarək Ramazan ayı ərəfəsində Məscidül-Həram və Məscidül-Nəbinin Baş İdarəsi Məscidül-Həramda qadınlar üçün 30 ibadət otağı və əlillər üçün 8 xüsusi qapının ayrıldığını açıqlayıb.

"İQNA", "Yəvmus-Sabi"-ə istinadən xəbər verir ki, Məscidül-Həramın qadın işləri üzrə müşaviri və müvəkkili deyib ki, qadınlar üçün ayrılmış 30 ibadət otağından 8-i şimal, 6-sı qərb hissəsində, 2 ibadət otağı isə birinci mərtəbədədir. Xidməti binalar və 4 ibadət otağı binaların 2-ci mərtəbəsindədir. Son vaxtlar Məscidül-Haramda qadın qulluqçuların rifahı üçün ibadət otaqları ayrılıb.

Onun sözlərinə görə, bütün Məscidül-Həram və Məscidün-Nəbinin rəhbərliyi qadın zəvvarların və Allah evinin xidmətçilərinin rifahına xüsusi diqqət yetirib.

Qadınlara Qurani-Kərimin öyrədilməsi üçün xüsusi məclislərin yaradılması, qadınlara geniş bələdçilik və tərcümə xidmətlərinin göstərilməsi bu tədbirlərin ən mühümlərindən olmuşdur.

Məscidül-Həram və Məscidün-Nəbi rəhbərliyi Məscidül-Haramda əlillər üçün 8 xüsusi qapının ayrıldığını açıqlayıb.

Bu qapıların ayrılması əlil zəvvarların dini ayinləri yerinə yetirməyi asanlaşdırmaq və davamlı insan inkişafı məqsədilə həyata keçirilib. Bu qapıların qarşısında əlil arabalarının hərəkəti üçün xüsusi panduslar və maili səthlər yaradılıb.

4129089

captcha