IQNA

Keniya müsəlmanları tərəfindən ehtiyacı olan insanlara xeyriyyə yardımları paylanıb

23:56 - March 25, 2023
Xəbər sayı: 3493912
Keniyanın paytaxtı Nayrobidə müsəlmanlar ehtiyacı olanlara yardım kampaniyasına başlayıb və ehtiyacı olanlara ərzaq yardımı paylayıblar.

"İQNA", "Anadolu"-ya istinadən xəbər verir ki, mərkəzi məscid və müsəlman xeyriyyə təşkilatları müqəddəs Ramazan ayının ilk cümə namazında ehtiyacı olanlara kömək etmək üçün əməkdaşlıq ediblər.

Bu ianələrə mobil ödənişlər də daxil idi və bu, dinindən və dini inancından asılı olmayaraq hər kəsin ehtiyacı olan insanlara kömək etməsinə şərait yaratdı.

Dünən günorta namazının sonunda məscid qarşısında könüllülər toplaşan insanlara ərzaq bağlamaları paylayıblar. Bu bağlamaların içərisində düyü, lobya və yemək yağı ilə yanaşı, adətən Ramazan ayında istifadəedilən xurma kimi ənənəvi qidalar da olub.

Nayrobi mərkəzi məscidinin imamı Şeyx Camaluddin Osman çıxışında, xüsusilə mübarək Ramazan ayında yardımın vacibliyini vurğuladı.

4129846

captcha