IQNA

12:38 - March 27, 2023
Xəbər sayı: 3493920

Ramazan ayında Səudiyyə xeyriyyə təşkilatı tərəfindən 1,2 milyon yemək paylanması

Səudiyyə Ərəbistanında bir xeyriyyə təşkilatı Ramazan ayı ərzində təxminən 1,2 milyon yemək paylayır.

Ramazan ayında Səudiyyə xeyriyyə təşkilatı tərəfindən 1,2 milyon yemək paylanması

"İQNA", "Arabnews"-a istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı Hədiyyə Xeyriyyə Cəmiyyəti müqəddəs Ramazan ayında zəvvarlara iftar və obaşdan süfrəsi paylamağa başladığını açıqlayıb.

Bu il xeyriyyə təşkilatı ən azı 1,2 milyon yemək paylamağı planlaşdırır.

Bu barədə Səudiyyə Ərəbistanı Xəbər Agentliyi (SPA) məlumat yayıb ki, bu kütləvi yemək paylanması Məkkədə Məscidül-Həram və Mədinədə Məscidül-Nəbidə ibadət edənlər üçün olacaq.

Xeyriyyə təşkilatı həmçinin bəyan edib ki, müqəddəs ayda 750 könüllü zəvvarlara xidmət göstərəcək.

4129851

captcha