IQNA

Səhər duasında ilahi nurun mənası

17:11 - March 28, 2023
Xəbər sayı: 3493926
“Səhər duası” kimi tanınan duada gözəllik mənasını verən ilahi nur anlayışı gündəmə gətirilir.

Səhər duası Ramazan ayının sübh çağında oxunan duaların ümumi adıdır. Onlardan ən məşhuru İmam Rzanın (ə) İmam Baqirdən (ə) nəql etdiyi və «اللَّهُمَّ إِنِّی أَسْأَلُک مِنْ بَهَائِک بِأَبْهَاهُ وَ کلُّ بَهَائِک بَهِی» ifadəsi ilə başlayan duadır. Bu duaya “İqbalul-Əmal” kimi qədim mənbələrdə rast gəlinir və müsəlmanlar Ramazan ayının sübh çağında onu oxuyurlar.

Səhər duasının hər bir hissəsi üç cümlədən ibarətdir; Onun bölmələrindən birində belə oxuyuruq: Birincisi; اللهم انی اسئلک من نورک بانوره "İlahi, mən Səndən nurunun ən nurlu nizamını istəyirəm". İkinci; و کل نورک نیّر; "Sənin nurunun bütün mərtəbələri parlaqdır". Üçüncü; اللهم انی اسئلک بنورک کله؛; İlahi, mən Səndən nurunun bütün mərtəbələrini istəyirəm. Birinci cümlədə dua və istək, ikinci cümlədə xəbər və həqiqətin ifadəsi, üçüncü cümlədə yenə istək yönü var, lakin eyni zamanda birinci istəkdən fərqlidir.

Bu cümlə üçün bir neçə məna tapmaq olar; Birinci məna budur ki, hər bir insan birinci cümlədə ilahi nurun ən yüksək dərəcəsinə diqqət yetirir və sonra Allahın nurunun bütün varlığı əhatə etdiyini dərk edir. Bu yayılan nur onların imkanlarına görə dəyişir, Ancaq eyni zamanda hamısının işığı və nuru var. Bütün varlıq ilahi nurdan yaradılmışdır.

  İlahi nurun bütün varlıqda yayılması

 İlahi nur bütün varlığı əhatə edir. Buna görə də bütün kainatda nur görən müvəhhid insan üçün günəşi və ya kiçik bir heyvanın gözəlliyini görməsinin heç bir fərqi yoxdur. Çünki hər ikisi Allahın yaratdığıdır və ilahi nuru təmsil edir.

İnsan laqeyd yanaşmamalı, ağlını və qəlbini müəyyən bir nurla məhdudlaşdırmamalıdır; Bu nur hər bitkidə, dənizin dərinliyində, hər səhra qumunda və bütün canlılarda var.

اللهم انی اسئلک بنورک کله "Mən bir tövhidçi olaraq qəbul etdim ki, bütün kainat sənin nurunla işıqlanır və əşyaların işıqlanması üçün başqa mənbə yoxdur və müvəhhid insanın varlıq sisteminə belə baxışı var.

* Elmi hövzənin ali dərəcəli ustadı Höccətül-İslam vəl-Müslimin Məhəmməd Suruş Məhəllatinin Səhər duasının izahı məclislərindəki sözlərindən götürülmüşdür.

4049427

captcha