IQNA

Dubay Beynəlxalq Quran Yarışmasının üçüncü günündə 6 iştirakçı yarışıb

6:13 - March 29, 2023
Xəbər sayı: 3493929
Dubay Mükafatı beynəlxalq Quran müsabiqəsinin üçüncü günündə Pakistan, Kamerun, Danimarka, Qvineya-Bisau, Qvineya-Konakri və Əlcəzair ölkələrindən 6 iştirakçı Quranı bütövlükdə əzbərləmək sahəsində yarışıb.

İQNA", BƏƏ-nin rəsmi xəbər agentliyinə istinadən xəbər verir ki, Dubay mükafatı 26-cı beynəlxalq Quran müsabiqəsinin üçüncü günündə Pakistandan Məhəmməd Nəvid, Kamerundan Nurəddin, Danimarkadan Əbdul-Vəhhab Həsən Məhəmməd, Qvineya-Bisaudan Ömərr Calu, Qvineya-Konakridən Adam Sano Həfsin Asimdən rəvayətinə və Əlcəzairdən Ələddin Şueybi Vərşin Nafidən rəvayətinə əsasən hakimlər komitəsi qarşısında öz qiraətlərini yerinə yetiriblər.

Bu yarışmanın üçüncü günündə Dubay Mükafatı beynəlxalq Quran müsabiqəsinin təşkilat komitəsinin rəhbəri Məhəmməd Bumelha və üçüncü yarış gününün bir sıra rəsmiləri və tərəfdarları iştirak ediblər.

Xatırladılır ki, 26-cı Dubay Mükafatı Beynəlxalq Quran Müsabiqəsi cümə günü, martın 24-dən etibarən müqəddəs kəlam hafizlərindən ölkələrini təmsil edən 65 iştirakçının iştirakı ilə Dubayın “Əl-Məmzər” bölgəsinin “Mədəniyyət və Elm” Klubunun iclas zalında başlayıb.

4130245

captcha