IQNA

Liviyada ənənəvi üsulla Quran əzbərləmənin ən böyük məktəbi

12:40 - April 01, 2023
Xəbər sayı: 3493940
Liviyadakı İsmayıl ibn Əl-Əmin məktəbi Liviyanın ən böyük Quran hifzi məktəbidir. Bu məktəb hələ də bu ölkədə uşaqların və yeniyetmələrin Allahın Kitabını əzbərləmək üçün ənənəvi üsullardan istifadə edir.

"İQNA", "Əl-Cəzirə"-yə istinadən xəbər verir ki,

Tripolidəki İsmayıl ibn Əl-Əmin məktəbinin Quran əzbəri dərslərində uşaqlar və yeniyetmələr ənənəvi paltarlar geyinərək yerdə nizamlı cərgələrə düzülüb masalarının üzərinə eyni ölçülü Quranlar qoyur və ayələri ucadan oxuyurlar.

1967-ci ildə yaradılan bu məktəb hər yaşda olan liviyalı tələbələrin Qurani-Kərim və onun elmlərini əzbərləməsi üçün ən mühüm mərkəzlərdən biri sayılır.

İsmayıl ibn Əl-Əmin məktəbinin şagirdləri Qurani-Kərimi beş-altı yaşlarından öyrənməyə başlayırlar və Qurani-Kərimi tam əzbərləyənə qədər tədricən hərflərin tələffüzü, təcvid qaydaları və Quranın nəqli prinsiplərini öyrənirlər.

İsmayıl ibn Əl-Əmin Mərkəzinin rəhbəri Əbdül-Salam Əl-Zituni deyir: "Bu məktəbdə Qurani-Kərimin əzbərlənməsi üsulu lövhə yerinə dəftərdə ayələrin yazılması kimi bəzi dəyişikliklərlə ənənəvi üsulla eynidir".

O, sözünə belə davam etdi: "Birinci mərhələdə Qurani-Kərimi əzbərləməyə başlayan tələbə “Ər-Rişimə” adlı sinifə gəlir, burada hərfləri yazır və onların tələffüzünü öyrənirlər".

Əl-Zituni deyib: "Bu mərhələdən sonra şagird yerli termində “Molla” adlanan Qurani-Kərimi hərflə yazmağı öyrənir, sonra nəzərdən keçirmə və əzbərləmə mərhələsi başlayır".

4130597

captcha