IQNA

Məscidül-Haramda Ramazan ayının Quran məclisləri böyük rəğbətlə qarşılanıb

15:22 - April 01, 2023
Xəbər sayı: 3493942
Məkkədə Məscidül-Həramın Quran məclisləri Allah evinin zəvvarları tərəfindən böyük rəğbətlə qarşılanıb.

"İQNA", "Əl-Əhram"-a istinadən xəbər verir ki, "Hərəmeyni-Şərifəyn İşlərinin Baş İdarəsi"nə bağlı dərnəklər və elektron qiraət təlimi statistikasına görə, 3751 zəvvar Ramazan ayının əvvəlindən bu mübarək ayın beşinə kimi Məscidül-Həramın Quran məclislərində iştirak edib.

"Hərəmeyni-Şərifəyn İşləri İdarəsi"nin nəzdində fəaliyyət göstərən Dərnəklər və Elektron Qiraət Təlimi Departamentinin baş direktoru Qazi ibn Fəhd Əl-Zəbyani deyib: "Bu şöbə müxtəlif proqramlar və xüsusilə Məscidül-Həramın zəvvarları üçün Quran ayələrini düzgün tilavət edilməsi, əzbərlənməsi və nəzərdən keçirilməsi sahəsində Quran dərnəklərinin yaradılması ilə fəaliyyət göstərir".

Məscidül-Həram və Məscidül-Nəbi (s) işlərinin rəhbərliyi də Quran və Sünnə müəllimlərinin Allahın kitabının hafizlərini həvəsləndirməkdəki rolunu vurğulamaq məqsədi ilə Quran elmlərini araşdırmaq və öyrətmək üçün “Nur və Bəyan Min Əhlil-Quran” təşəbbüsünü irəli sürmüşdür.

4130743

captcha