IQNA

Tehranda Quran sərgisində hind xəttatın əsərləri nümayiş olunacaq

20:04 - April 03, 2023
Xəbər sayı: 3493955
Usta Hind xəttatı "Həsən Quri" Mumbaydakı İran Mədəniyyət Evinin koordinasiyası ilə 30-cu Tehran Beynəlxalq Quran Sərgisində iştirak edəcək.

"İQNA", İslam Mədəniyyəti və Kommunikasiya Təşkilatına istinadən xəbər verir ki, Hind xəttatlığının ustadı Həsən Quri 30-cu Beynəlxalq Qurani-Kərim sərgisinin beynəlxalq bölməsində görkəmli əsərlərindən seçmələrlə iştirak edir.

Bu hindistanlı xəttatın iştirakı İran İslam Cümhuriyyətinin Mumbaydakı Mədəniyyət Evi və İslam Mədəniyyəti və Kommunikasiya Təşkilatı tərəfindən koordinasiya edilib.

Həmçinin onun 30-cu Tehran beynəlxalq Quran sərgisində olması xəbəri Hindistanın Əhmədabad şəhərinin Qucarati qəzetində qucarat dilində dərc olunub.

4131024

captcha