IQNA

Nigeriyada Quran təhsili 5 yaşından başlayır

12:48 - April 07, 2023
Xəbər sayı: 3493975
Məhəmməd Muxtar Abdullah deyib: "Nigeriyada uşaqlara 5 yaşından 7 yaşa qədər Quranı iki ənənəvi və yeni üsulla öyrədirlər. Tədris metodunun seçimində heç bir məcburiyyət yoxdur və hər şey Quran öyrənənin özündən asılıdır".

"İQNA", xəbər verir ki, 30-cu Beynəlxalq Qurani-Kərim sərgisinin beynəlxalq bölməsi müxtəlif ölkələrin nümayəndələrinin iştirakı ilə keçirilir. Bu bölmədə maraq doğuran mövzulardan biri də müxtəlif ölkələrin nümayəndələrinin müvafiq ölkələrdə Quranın tədrisi üsullarını izah etmək səyləridir ki, bu da ziyarətçilərin marağına səbəb ola bilər.

30-cu Beynəlxalq Qurani-Kərim Sərgisindəki Nigeriyanın stendinin məsul şəxsi Məhəmməd Muxtar Abdullah bu sərgidəki təcrübələri haqqında "İQNA" ilə müsahibəsində deyib: "Bu tədbir Quran mədəniyyətini xüsusilə uşaqlar üçün təbliğ edən bir məkandır".

Abdulla bildirib ki, bu sərginin və buna bənzər tədbirlərin olması uşaqların zehnində Quran mədəniyyətini unutdurmayacaq. Xoşbəxtlikdən builki sərgidə Nigeriyada uşaqlara Quranı öyrətmək üçün istifadə olunan avadanlıq və alətləri stendimizə gətirə bildik ki, ziyarətçilər onlarla tanış olsunlar.

Qurani-Kərimin 30-cu Beynəlxalq Sərgisindəki Nigeriya stendinin məsulu Quran və onun məfhumları ilə bağlı müsəlmanların birliyini vurğulayaraq deyib: "Bütün müsəlmanlar Qurana hörmət edirlər və Quranla bağlı şiə və sünni arasında heç bir fərq yoxdur. Məncə, Quran sərgisinin məqsədlərindən biri də bu məsələyə önəm vermək və müsəlmanlar arasında İslam birliyini təbliğ etməkdir. Bu nəzərə alınmalı olan bir şeydir".

O, builki sərginin gücünü Quran hifzi təlimi stendləri hesab edib və deyib: "Quran hifzinin onun təfsiri və tərcüməsi ilə yanaşı vurğulanması builki sərginin ən gözəl hissələrindən biridir".

Məhəmməd Muxtar Abdullah deyib: "Nigeriyada uşaqlara 5 yaşından 7 yaşa qədər Quranı iki ənənəvi və yeni üsulla öyrədirlər. Tədris metodunun seçimində heç bir məcburiyyət yoxdur və hər şey Quran öyrənənin özündən asılıdır".

4131610

captcha