IQNA

İslamın əqidə prinsipləri; Məad / 18

Qiyaməti inkar etmək üçün bəhanələr

6:00 - April 19, 2023
Xəbər sayı: 3494047
Bu dünyadan sonrakı dünyayanın varlığına müxalif olanlar bəhanə gətirirlər. Bir az fikirləşdikdə məlum olur ki, bunlar Qiyaməti rədd etmək üçün güclü dəlillər deyil. Quran bu bəhanələrin bəzilərinə cavab vermişdir.

Müxaliflərinin bəhanələrindən biri də qiyamətin nə vaxt olmasıdır? Quranda oxuyuruq ki, Allah Rəsulundan (s) cavabları eşitdikdən sonra onları qəbul etmək əvəzinə təəccüb və istehza ilə başlarını bulayıb dedilər: "Qiyamət nə vaxtdır?” (İsra, 51). Bundan qafildirlər ki, qiyamətin vaxtını Allahdan başqa heç kim bilmir. Lakin vaxtı bilməmək heç vaxt onu inkar etməyə dəlil deyil. Ölmün vaxtını bilməmək ölümü inkar etmək üçün bir dəlildirmi?

Ölüləri diriltmək

  Qiyaməti inkar edənlərin bəhanələrindən biri də odur ki, onlar Peyğəmbərə (s) deyirdilər: "Əgər qiyamətin olduğunu doğru deyirsənsə, atalarımızı dirilt!" (Duxan, 36).

İnsanın inadkarlığı olmasa, yatması, oyanması, ağacların payızda quruyub yazda canlanmasını müşahidə etməsi öləndən sonra dirilməyi qəbul etməyə kifayət edər. Əgər inadkarlıq olarsa, atası da dirilsə, deyəcək: Bizi cavanlaşdır, və sonda yaradılış sistemini pozmağı istəyəcək və axırda da iman gətirməyəcək!

Peyğəmbərlər hər cür möcüzə göstərmədilərmi? Ayın iki yerə bölünməsindən sonra iman gətirmək əvəzinə, bunun sehr olduğunu demədilərmi? Ölüləri dirildən İsa (ə) bütün insanları Allahın qüdrətinə təslim edə bildimi?

Quranda oxuyuruq ki, bir neçə nəfər Peyğəmbəri-əkrəmin (s) hüzuruna gəlib dedilər: “Sən səmanı yerə endirməyincə və ya Allahı və mələkləri yanımıza çağırmayana qədər biz sənə iman gətirməyəcəyik!” (İsra, 90-93). Amma bundan xəbərsizdirlər ki, Allahın peyğəmbərlərinin vəzifəsi dəlil gətirmək və ilahi qüdrət nümunələrini göstərməkdir, onun-bunun  istəklərinə cavab vermək deyildir.

Allah ölülərin dirilməsinin qeyri-mümkün olduğunu düşünənlərin cavabında belə buyurur:

"Məgər onlar (öləndən sonra bir daha diriləcəklərini inkar edənlər bu böyüklükdə) göyləri və yeri (yoxdan) yaradan Allahın (bu kiçiklikdə) onlar kimisini (yenidən, eynilə) yaratmağa qadir olduğunu görmürlərmi?! Allah onlar üçün bir əcəl (ölüm, yaxud əzaba düçar olma vaxtı) müəyyən etdi ki, ona heç bir şəkk-şübhə yoxdur. Zalımlar (belə bir vəziyyətdə də) ancaq öz küfrlərində israr edib dururlar (küfrdən başqa bir şeyə razı olmurlar)"  (İsra, 99).

  Məgər bilmirlərmi ki, göyləri və yeri yaradan Allah onlar kimi bir şey yarada bilər? Bu insanlar üçün bir müddət müəyyən etmiş və möhlət vermişdir. Buna heç bir şübhə yoxdur, lakin zalımlar onu inkar etməkdən başqa bir iş görmürlər.

Bir sözlə, insanların imanına möcüzə lazımdırsa Peyğəmbərlər gətirdilər. Hər bir fərdin imanı yaradılış sisteminin pozulmasını tələb edirsə, peyğəmbərlər heç vaxt bir neçə inadkar şəxslərin nəfsinə təslim olmazlar.

Ölümün mənası

  Qiyaməti inkar edənlər deyirlər: Ölüm Allahın qüdrətinin sonu və ölümün amillərinin Allahın iradəsi üzərində qələbəsi deməkdir. Halbuki ölüm də Allahın müqəddəratındandır, Allahın iradə və qüdrəti altındadır. Quran buyurur: “Sizin aranızda ölümü (kimin nə vaxt öləcəyini) əvvəlcədən Biz müəyyən etdik. Və Biz əsla aciz (önünə keçilməsi mümkün olan) deyilik" (Vaqiə, 60). Deyirlər: Ölmək yox olmaq və fani olmaq deməkdir! Bundan xəbərsizdirlər ki, yox olmaq ki, afərin istəmir. Quranda oxuduğumuz kimi: Allah həm ölümü, həm də həyatı yaratmışdır" (Mülk, 2).

  Buna görə də ölüm yox olmaq deyil, bir evdən digərinə keçiddir. Maraqlıdır ki, Quranda təhvil vermək mənasını ifadə edən “təvəffa” sözü ilə 14 dəfə ölüm qeyd olunur, yəni ölməklə siz məhv olmursunuz. Amma biz sizin sahib olduqlarınızı azaltmadan geri alıb müvəqqəti olaraq Öz məmurlarımıza veririk.

  Allahın Rəsulu (s) də belə buyurmuşdur: "Ölümlə məhv olacağını düşünmə, ancaq bir evdən digərinə köçəcəksən".

  • Möhsin Qəraəti tərəfindən yazılmış "İslamın əqidə prinsipləri (Məad)" kitabından götürülmüşdür.
captcha