IQNA

Oruc tutmaq təqvanın möhkəmlənməsinə necə kömək edir?

5:03 - April 20, 2023
Xəbər sayı: 3494054
İslam dinində oruc elə ifadə olunur ki, bədən üzvləri ilə yanaşı, insanın batininin də paklanmasına kömək edir.

Oruc İslam ümmətinə xas olmayan ən mühüm ibadətlərdən biridir. Qurana görə bütün xalqlar bu ibadəti bir vəzifə kimi yerinə yetirməlidirlər. Quranda oruc və Ramazan ayı haqqında çoxlu işarələr vardır.

“Bəqərə” surəsinin 183-cü ayəsində buyurur: “Ey iman gətirənlər, sizdən əvvəlkilər haqqında yazıldığı kimi oruc sizin də haqqınızda yazıldı, ümid var ki, təqvalı olasınız”.

İslam dinində bədən üzvlərinin oruc olması ilə yanaşı, batin də oruc olmalıdır. Çünki oruc Allaha yaxınlaşmaq yollarından biridir. Əlbəttə ki, İslam dini bütün ilahi dinləri tamamlayır və başqa dinlərdə olmayan hər şeyə malikdir. Həmçinin onların digər hökmlərini tamamlamışdır.

Axırıncı peyğəmbərin (s) ardıcıllarının oruc tutma tərzi odur ki, səhər azanından başlayaraq axşam azanına qədər hər cür yemək-içməkdən, siqaret çəkməkdən, halal cinsi yaxınlıqdan çəkinsinlər. Habelə oruc tutmaq vacib olur. İnsan başqa günlərdə də oruc tuta bilər, lakin onun orucu müstəhəbdir.

Orucun insanı necə təqvaya qovuşdurduğu soruşulsa, cavabı belə demək lazımdır ki, insan oruc tutduqda və onun çətinliklərinə səbir etdikdə Allaha yaxınlaşar. Ac-susuz olsa da, yemək-içməkdən çəkinər. Səbr etmək insanlarda təqvanın artmasına səbəb olur. Oruc tutan insan nəfsini cilovlayır, Allahın əmr və qadağalarına tabe olur. Beləliklə, onda təqva yaranar. Əgər təqvası olsa, güclənər.

Hədislərə əsasən oruc tutanın bütün əməlləri ibadət sayılır. Hətta oruc tutanın nəfəs alması və yatması da Allaha təsbihdir. Hər bir insan əməli ilahi ibadətin təzahürü olanda bu, oruc tutmağın böyük əhəmiyyətini göstərir. İnsan aclıq və susuzluğa dözdükdə Allahın nemətlərinin qədrini bilir. Çünki yemək və su onun üçün mövcuddur, lakin onu yeyib-içə bilmir. Ona görə də insanda nemətlərə şükür etmək ruhu yaranır və nemətlərin qədrini bilir.

Sonrakı ayədə oruc tuta bilməyən, qoca və ya xroniki xəstəliyi olanların əvəzində kəffarə vermələri qeyd edilmişdir; Kəffarənin müəyyən miqdarı var. Amma kimsə daha çox vermək istəsə, bu, onun xeyrinədir. Müsafir və xəstə oruc tutmamalıdır, çünki bir yerdə oruc vacib olsa, başqa yerdə haram və batildir. İmam Sadiq (ə) buyurur: "Hamilə qadınların və süd verən anaların oruc tutmağa haqqı yoxdur. O, öz uşağını düşünməlidir".

*  Bu, Quran Mədəniyyəti və Təhsili Araşdırma İnstitutunun rəhbəri Məhəmməd Sadfiq Yusifi Müqəddəmin "İQNA"-ya müsahibəsindən bir hissədir.

4129629

captcha