"İQNA", "Anadolu"-ya istinadən xəbər verir ki, Dünən, aprelin 28-i cümə günü Danimarkanın paytaxtı Kopenhagendə Ankara səfirliyinin qarşısındakı ekstremist qrup Qurani-Kərimə növbəti dəfə hörmətsizlik edib.
Bu hücumu Türkiyə səfirliyi qarşısında ekstremist millətçi və anti-islam qruplaşmasının üzvü olan “Patriots Live” həyata keçirib.
Bu təxribat xarakterli hücumu həyata keçirən şəxs düşmənçilik pankartları qaldıraraq, İslama qarşı təhqiramiz şüarlar səsləndirib. Həmçinin Qurani-Kərimə və Türkiyə bayrağına hörmətsizlik anlarını öz Twitter hesabında canlı yayımlayıb.
Anadolu xəbər agentliyinin müxbiri elan edib ki, prezident və parlament seçkilərində səs vermək üçün ölkələrinin səfirliyinə gələn türk mühacirləri Qurani-Kərimin təhqir olunmasından narazılıqlarını bildirib və onu pisləyiblər.
O qeyd edib ki, türklərdən biri ölkəsinin bayrağını yerdən qaldıranda Danimarka polisi müdaxilə edib. Həmçinin ona xəbərdarlıq edib.
Danimarka polisi Türkiyənin Kopenhagendəki səfirliyi ətrafında toplaşan türklərə bu təxribatçı hərəkətə etiraz olaraq müdaxilə etməmələri barədə xəbərdarlıq edib və cinayəti törədənin müdafiəsi üçün təhlükəsizlik tədbirlərini davam etdirib.
4137114