"İQNA", "Əl-Vətən"-ə istinadən xəbər verir ki, misirli həsir toxuyan sənətkar Məhəmməd Fəvzi 10 il əvvəl fəaliyyətini canlandırmaq üçün təşəbbüs olaraq həsirlər üzərində Qurani-Kərimi toxumaq qərarına gəlib. 2016-cı ildə o, həsir üzərində toxumaq rəsm sənətini dünya irsində qeydə aldırıb.
Fəvzi pambıq və yundan istifadə edərək həsir üzərində istədiklərini toxuyur. O, həm də həsirlərdə istədiklərini toxumaq üçün təbii dəridən və misdən istifadə edərək hazırlanmış nazik saplarla toxumaq qərarına gəlib.
O, ərəb dilində Quran ayələrinin məzmunu ilə hörmə panellər toxumamaqla kifayətlənməyib. Həmçinin fransızca "Fatihə" surəsini və Allahın gözəl adlarını qırmızı və qara yun və pambıq saplardan istifadə edilməklə toxunmuşdur. Habelə onları İslam İncəsənət Muzeyinə hədiyyə etmişdir.
Bu misirli həsir toxuyan sənətkar gənc nəsillərə bu sənəti öyrətmək üçün göstərdiyi səylər barədə məlumat verib. Həmçinin Qurani-Kərimi həsirlər üzərində toxumaq üçün növbəti layihəsini nəzərdən keçirir. Bu işə maddi-mənəvi dəstək göstərilsə, son əsəri muzeyə təqdim edəcəyini bildirib.
4137181