"İQNA", "Bəvabətul-Əhram"-a istinadən xəbər verir ki, Misirin Vəqflər Nazirliyi xalqın Misir məscidlərində Quran məclislərini rəğbətlə qarşılaması səbəbindən bu proqramların mübarək Ramazan ayından sonra da davam etdirilməsinə göstəriş verib.
Qahirədə və bu ölkənin yaxın və uzaq digər şəhər və kəndlərində ibadət edənlər yaxınlıqdakı məscidlərdə beş vaxt namazı qıldıqdan sonra imam camaatların və qarilərin nəzarəti altında Qurani-Kərim tilavəti, ayələri düşünmək və mənaları dərk etmək məclisləri təşkil edirlər.
Bu ölkədə Quran məclislərinə nəzarət edən məscidlərin imamları tərəfindən keçirilən sorğuda mübarək Ramazan ayının Quran məclislərində iştirak edənlər bu məclislərdə iştiraklarını davam etdirməyə hazır olduqlarını bəyan ediblər və vurğulayıblar ki, mübarək aydan sonra Quranla əlaqələrini kəsməyəcəklər.
Bu sorğuda iştirak edənlər bildiriblər ki, onlar mübarək Ramazan ayında Misir Vəqflər Nazirliyinin bu ölkənin məscidlərində həyata keçirdiyi müxtəlif fəaliyyətlərdən həzz alıb və bəhrələniblər.
4137393