IQNA

43-cü Səudiyyə Ərəbistanı Beynəlxalq Quran Yarışması keçiriləcək

6:00 - May 05, 2023
Xəbər sayı: 3494125
Səudiyyə Ərəbistanında Qurani-Kərimin əzbəri, qiraəti və təfsiri üzrə 43-cü beynəlxalq müsabiqə hicri 1445-ci ilin Səfər ayında Məkkədə “Məscidül-Həram”da dünyanın müxtəlif ölkələrindən olan təmsilçilərin iştirakı ilə keçiriləcək.

"İQNA", Ərəbistanın "Əkkaz" qəzetinin saytına istinadən xəbər verir ki, bu yarışlar Səudiyyə Ərəbistanı Kralının dəstəyi və Səudiyyə Ərəbistanı İslam İşləri, Təbliğat və İrşad Nazirliyinə bağlı Quran Yarışları Katibliyinin səyləri ilə Məscidül-Haramda keçiriləcək.

Səudiyyə Ərəbistanının İslam İşləri, Təbliğat və İrşad Naziri Şeyx Əbdül-Lətif ibn Əbdül-Əziz Ali Şeyx bununla bağlı deyib: "Bu Quran yarışları gənc müsəlmanları əzbərləmək, qiraət etmək, təfsir etmək və öyrənməkdə sağlam və şərəfli yarışa həvəsləndirmək məqsədi ilə keçirilir. Quranın təfsiri beynəlxalq səviyyədə böyük əhəmiyyət kəsb edir".

O əlavə edib: "Qırx ildir keçirilən bu müsabiqənin bağlanış mərasiminin Məscidul-Həramda keçirilməsi nəzərdə tutulur".

4138483

captcha