IQNA

Minlərlə çeçen Qurana hörmətsizlik edilməsinə qarşı etiraz nümayişi keçirib

12:13 - May 26, 2023
Xəbər sayı: 3494232
Çeçenistanın paytaxtı Qroznıda minlərlə çeçen müsəlman Rusiyanın Volqoqrad şəhərində Quranın təhqir olunmasına etiraz ediblər.

"İQNA", "RAM onlayn"-a istinadən xəbər verir ki, bu nümayiş Rusiyanın cənubunda yerləşən Volqoqradda Quranın yandırılmasına cavab olaraq keçirilib. Burada vətəndaş cəmiyyətinin, siyasi partiyaların, dini qrupların nümayəndələri, Çeçenistan şəhər və kəndlərinin müxtəlif yaş qruplarından olan sakinləri iştirak ediblər.

İştirakçılar əllərində “Qurandan əl çək”, “Mən Quranı sevirəm”, “Quranı təhqir etmə”, “Dinimizi dəstəkləmək üçün şəhid olmağa hazırıq” kimi şüarlar yazılmış plakatlar tutublar.

Çeçenistan müftisi Salah Mejiyev tədbir iştirakçıları qarşısında çıxışında deyib: “Volqoqradda Qurana qarşı nifrət və iyrənc hərəkətə görə qəlbimiz qəzəb və hiddətlə dolu olduğu bir vaxtda bu gün burada toplaşmışıq”.

O, əlavə etdi: "Allaha şükür edirik ki, Rusiya təhlükəsizlik qüvvələri bu Quranın yandırılmasından dərhal xəbərdar oldular. Bizə məlumat verildi ki, bu aksiya ilə bağlı araşdırma komitəsində Çeçenistandan ekspertlər iştirak edəcək. Bu isə Rusiya prezidenti Vladimir Putinin respublikamıza etimadını göstərir".

Bu xəbərə görə, bu nümayiş Qurani-Kərimi yandırmaq ittihamı ilə Nikita Juravel adlı şəxsin həbsindən üç gün sonra keçirilib.

4143229

captcha